İnsanlara hürriyət, millətlərə istiqlal!

“Frank yox, Krank... Şvabe yox, Şvabra!” – Deputatdan SENSASİYA dolu yazı

852 02.05.2024 11:28 Yazarlar A A

Frank Şvabe artıq bütün əndazələri, həddləri aşıb. Açıq təhqirə keçib. Faşist ritorikasına dövr alıb. Bu vaşaqsifət gədə özünü elə aparır, sanki bunu Azərbaycan üzrə ekspert-filan təyin ediblər. Sanki bu qərar verir, Azərbaycan Avropa Şurasına qayıtmalıdır ya yox. Sanki bunun əlindəymiş Azərbaycanın taleyi...

Bəs əslində kimdir, Şvabe?! – Qısa arayışlarla mövzuya keçid alım.

Birincisi... Alman deputatın adı indiyə qədər nə az-nə çox, düz 7 qlobal maliyyə fırıldağında keçib və bu “maşennik” hər dəfəsində + necəsə məlum cinayət işlərindən yaxasını qurtara bilib.

İkincisi... Şvabe bütün gəncliyini nasist ideologiyasının təbliğinə həsr edib və bu səbəbdən təhsil aldığı Essen Universitetindən 2 dəfə qovulmaq təhlükəsi ilə üzləşib.

Üçüncüsü... Almaniyada keçirilən 2010-cu il Parlament seçkilərində sosialistlərin əsas rəqibi olan Rudolf Kolt (səhv etmirəmsə adı və soyadı belə idi) dairə seçki komissiyasına Şvabenin psixi xəstə olması və bu minvalla özəl klinikaların birində uzun müddət müalicə alması haqda sənəd təqdim edib. Amma yekunda həmin sənəd arqument kimi qəbul olunmayıb, Şvabenin mövcud vəziyyəti “anlaqlı” hesab edilib və bu şizofrenik marafona buraxılıb.

Dördüncüsü... Şvabe milliyətcə alman olsa da, nə qəribədir ki, əsas təlimatları, əmrləri, buyruqları birbaşa Fransadan alır. Bunun əyani sübutlarından biri isə Frankın AŞPA Plenar iclaslarında yalnız Fransa nümayəndə heyətinin üzvləri ilə bərabər oturması və sadəcə Makrona yaxın şəxslərlə məsləhətləşməsidir. Eyni zamanda bir məqamı xatırlatmaq yerinə düşər ki, Şvabenin Almaniyada 1, Fransada isə 12 mülkü var. Ayrıca: Şvabenin anası təmiz fransız qanı daşıyır və onun ana babası 2-ci dünya müharibəsindən sonra Fransadan Almaniyaya köçmələrdəndir.

Beşincisi... Frank Şvabeni Azərbaycana qarşı danışdıran yenə də Makronun vasitəçiliyi ilə erməni lobbisidir. Daha doğrusu, həmin lobbinin pulu. Eyni zamanda növbəti sensasion fakt odur ki, son 6 ayda 1-ci xətt qohumları vasitəsilə Şvabenin qurduğu müxtəlif təyinatlı biznes(lər)in bütün şərikləri erməni əsillilərdir. (tam dəqiqləşdirə bilmədiyim məlumata görə Bakıda həbs yatan Vardanyanın Nobel mükafatına namizədlik cəhdi də Şvabenin ideyasıdır və bunun müqabilində o, milyarderin İspaniyadakı şüşə emalı zavodunun təxminən 7-8 faizlik səhminə sahiblənib.

Nəhayət, altıncısı... (bu artıq mənim şəxsi mülahizəmdir) Düşünürəm, “Şvabe”, çox güman ki, bunun ləqəbidir. Əsl soyadı isə Şvabradır! Adı da Frank yox, Krank! (almanca xəstə deməkdir).

Yəni XƏSTƏ ŞVABRA!

Necə də yaraşır amma, deyilmi?!

Sanki mürdəşir yumuş sifətinə biçilib...

Elshen_Musayev (5).jpg (288 KB)

Elşən Musayev,
Milli Məclisin deputatı,
Demokratik Maarifçilik Partiyasının sədri

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR