İnsanlara hürriyət, millətlərə istiqlal!

Şəmkirdə keçmiş arvadını, onun anasını və atasını bıçaqlayan şəxs tutulub

729 22.03.2024 11:44 Kriminal A A

Şəmkirdə bıçaqlanma hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Düyərli kəndində qeydə alınıb.

1972-ci il təvəllüdlü İlham Hüseynov, 1995-ci il təvəllüdlü Nübar Qənbərli və 1976-ci il təvəllüdlü Şərafət Hüseynova bıçaqlanma diaqnozu ilə xəstəxanaya yerlədiriliblər.

Dərhal yaralılara yardım edilib.

Onlardan İ.Hüseynovun vəziyyətinin ağır olduğu bildirilir.

Məlumata görə, onları ailənin keçmiş kürəkəni bıçaqlayıb.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub və cinayəti törədən şəxs tutulub. Bu barədə DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis kapitanı Eşqin Qasımov bildirib.Onun sözlərinə görə, hadisəni törədən 1991-ci il təvəllüdlü Sahib Heydərovdur.O polis əməkdaşları tərəfindən saxlanılıb.Fakla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR