İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistan parlamentinin fraksiyaları Paşinyanın impiçmentinə hazırdır

2043 10.05.2024 04:41 Dünya A A

Müxalifət bəyan edib ki, "Paşinyanın impiçmenti prosesi" bir neçə gün çəkəcək

Ermənistanda müxalifətin baş nazir Nikol Paşinyana qarşı təşkil etmək niyyətində olduğu impiçment prosesi bir neçə gün çəkəcək.

“Report” xəbər verir ki, bu barədə ölkənin "Vətən uğrunda Tavuş" müxalifət hərəkatının lideri, arxiyepiskop Baqrat Qalstanyan deyib.

"Paşinyanın impiçment prosesi bir neçə gündən çox vaxt aparmayacaq", - Qalstanyan deyib.

Qeyd edək ki, bu gün səhər saatlarında Ermənistanda müxalifətin dinc etiraz aksiyaları planlaşdırır.

Baqrat Qalstanyanın sözlərinə görə, iki müxalif parlament fraksiyası impiçment proseduruna başlamağa hazırdır.

Qeyd edək ki, dünən İrəvanın mərkəzində müxalifət iri miqyaslı mitinq keçirib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR