İnsanlara hürriyət, millətlərə istiqlal!

REVANŞİSTLƏRİN NÖVBƏTİ ÜSYAN CƏHDİ... - 4 kəndlə bağlı aksiyalar nə ilə bitəcək? - detallar CANLIda

528 27.04.2024 13:38 Son xəbər A A

Xəbər verildiyi kimi, Ermənistanda Qazaxın 4 kəndinin qarşılıqlı razılaşma əsasında azad edilməsilə bağlı gərginlik davam edir. Revanşist və qatı millətçi qüvvələr Qazaxın kəndlərinin qaytarılmasına qarşı çıxan və qonşu kəndlərdə yaşayan ermənilərin etirazlarını Paşinyan hakimiyyətinə qarşı üsyana çevirməyə çalışırlar.

Ötən günlər ərzində paytaxt İrəvan da daxil olmaqla, ölkənin bir neçə yerində avtomobil yolları həmin qüvvələr tərəfindən bağlanıb. Həmçinin, bir qrup erməni sözügedən kəndlərin çevrəsindəki mina sahələrinin təmizlənməsinin qarşısını almağa çalışıblar.

“AzPolitika” xəbər verir ki, etirazların böyüməsi üçün əlindən gələni edənlərin sırasına erməni kilsəsi də fəal şəkildə qoşulmaqdadır.

“Etiraz dalğasının bütün Ermənistana yayılaraq geniş vüsət alması üçün ilkin şərtlər var. İtaətsizlik hərəkətləri hər yerdə baş verməli, dalğa böyüməlidir. Ümid var ki, nəticə istədiyimiz kimi olacaq. İnsanlar qərarlıdır”.

Bu və gündəmdəki bir çox xəbərləri aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində hərbi ekspert Elxan Şıxəliyevlə müzakirə edəcəyik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR