"Qarabağ"ın futbolçusu Olavio Juninyo Almaniyada "Bayer 04"ə 2:3 hesabı ilə uduzduqları Avropa Liqasının 1/8 final mərhələsinin cavab oyunu ilə bağlı paylaşım edib.

27 yaşlı hücumçu şəxsi instaqram hesabında həm fotolar, həm də fikirlərini bölüşüb. 

"Tarix yazdıq, bu anı yaşatdığı üçün "Qarabağ"a təşəkkür edirəm",-deyə braziliyalı forvard qeyd edib. 

Qeyd edək ki, Olavio Juninyo "Qarabağ"ın heyətində "Bayer 04"lə hər iki qarşılaşmada fərqlənməyi bacarmışdı./BAKU.WS