İnsanlara hürriyət, millətlərə istiqlal!

"Hakimiyyətlə müxalifət arasında ictimai saziş olmalıdır, mən bunun tərəfdarıyam" - İsa Qəmbər

939 04.05.2024 13:55 Siyasət A A

"Dəyişiklər təkamül və dinc yolla getməlidir. Mən şəxsən bunun tərəfdarıyam".

Musavat.com bildirir ki, bu sözləri Müsavat Partiyasının XI qurultayında partiyanın başqanlığına namizəd İsa Qəmbər deyib.

"Hakimiyyətlə cəmiyyət, hakimiyyətlə müxalifət arasında ictimai saziş olmalıdır. Media, vətəndaş cəmiyyəti, ziyalılar, siyasi qüvvələr birgə iradə ortaya qoymağı bacarmalıdırlar. Hesab edirəm ki, bu barədə düşünməyə dəyər. Zamanında bizim düşərgə xalqa, cəmiyyətə və hakimiyyətə müxtəlif proqramlar, konsepsiyalar təqdim edib. Hesab edirəm ki, intelektual axtarışlarda da prosesin önündə getməyi bacarmalıyıq", -deyə İsa Qəmbər qeyd edib.

Xalidə Gəray
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR