İnsanlara hürriyət, millətlərə istiqlal!

"Qarabağ"ın iki futbolçusu arasında mübahisə düşdü: "Sən kimsən ki…"

10019 17.03.2024 15:31 İdman A A

"Qarabağ"ın iki futbolçusu arasında mübahisə yaranıb.

Hadisə Avropa Liqasının 1/8 final mərhələsinin ilk oyunları çərçivəsində Bakıda "Bayer"lə keçrilən matçdan (2:2) sonra baş verib.

Belə ki, Bəhlul Mustafazadə və Marko Yankoviç meydanda yaşananlarla bağlı ciddi mübahisə edib. Monteneqrolu yarımmüdafiəçinin komanda yoldaşlarına qarşı aqressiv fikirləri yekunda müdafiəçini özündən çıxarıb.

O, paltardəyişmə otağında balkanlı legionerə yüksək səslə etiraz edib.

"Sən kimsən ki, hamıda səhv axtarırsan? Yerini və həddini bil! Burada ağalıq edə bilməzsən. Özünü hamıdan üstün tutma".

Bundan sonra daha da gərginləşən ortamı başqa futbolçular araya girməklə sakitləşdiriblər. (sportinfo.az)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR