İnsanlara hürriyət, millətlərə istiqlal!

Prezidentliyə namizəd Elşad Musayev səs verdi

1242 07.02.2024 12:09 Seçki 2024 A A

Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev səsvermə hüququndan istifadə edib.

Musavat.com xəbər verir ki, prezidentliyə namizəd 19 saylı saylı Nərimanov birinci seçki dairəsinin 3 saylı məntəqəsində səs verib.

Qeyd edək ki, bu gün Azərbaycanda növbədənkənar prezident seçkiləri keçirilir. Seçkilərdə hakim Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev, namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc, Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev, Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa, Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev və namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev mübarizə aparır.

Nigar HƏSƏNLİ,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR