İnsanlara hürriyət, millətlərə istiqlal!

Doğum günün mübarək, Vətən!

804 09.05.2024 17:04 Siyasət A A

Azərbaycan tarixinin tək yaxın yüzilliklər üçün deyil, bütövlükdə xalqın yaddaşı üçün əbədi lider mövqeyi qazanmış Heydər Əliyev həm də, dünya şəxsiyyətləri sırasında əvəzolunmaz, heç kimlə müqayisə olunmayacaq bir zirvədədir. Ümummilli liderin xalqımız qarşısında qurtuluş missiyası dünya tarixində heç bir liderin xidmətləri ilə bərabər tutula bilməz.

Ulu öndərin şəxsiyyətinin fenomenal xüsusiyyətləri tək siyasi çalarlarla yekunlaşmayıb, həm də qətiyyət, cəsarət, müdriklik və vətənpərvərlik kimi ali dəyərlərlə tamamlanır. Bütün həyatı boyu Ümummilli liderin müxtəlif- həm siyasi, həm diplomatik, həm də şəxsi həyatla bağlı situasiyalarda verdiyi qərarlarla atdığı addımlar fövqəlinsan obrazı yaradır.

Azərbaycan tarixində Heydər Əliyev imzası | Azərbaycan Respublikası Balakən  Rayon İcra Hakimiyyəti

Bu baxımdan bugünkü qüdrətli, yenilməz Azərbaycan dövləti və onun qalib Komandanı Ulu öndərin bundan sonra da yuz illər boyunca hər kəsin heyranlıqla öyrənəcəyi həyat və fəaliyyətinin məntiqi nəticəsidir.

Arxada qalmış keçmiş illəri xatırladıqca aydın şəkildə görünür ki, müstəqil Azərbaycanın varlığına görə hər birimiz böyük öndər Heydər Əliyevə borcluyuq.

Hələ keçmiş SSRİ dönəmində Azərbaycana rəhbərlik etdiyi dövrlərdə ölkəmizin milliliyini, kimliyini, ana dilimizi qoruyan Heydər Əliyev xalqımızın milli şüurunun oyanışında, formalaşmasında müstəsna xidmətlər göstərdi. İlk növbədə gənclərin yüksək təhsil almasını təmin edən Heydər Əliyev digər fövqəladə xidmətlər göstərərək intibahın fundamental əsaslarını yaratdı.

Heydər Əliyevin həyat yolu yüksək insani-əxlaqi keyfiyyətləri özündə  təcəssüm etdirən nümunəvi məktəbdir

1971-ci ildə Azərbaycanda Cəmşid Naxçıvanski adına Hərbi liseyin yaradılması, ziyalılarımızın repressiyadan qorunması ulu öndərin Vətən qarşısında əvəzsiz xidmətlərindən biridir. Ölkəmizin müstəqillik dövrlərində həmin hərbi liseyin məzunlarının Qarabağ savaşında peşəkarlıq və qəhrəmanlıq mübarizəsi gözümüzün önündədir.

Məhz ulu öndərin birbaşa rəhbərliyi ilə müstəqil Azərbaycanda adıçəkilən liseyin məzunlarından ibarət peşəkar ordu quruldu. Bu gün Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ərazi bütövlüyünu tam bərpa edən qəhrəman ordumuzu məhz böyük strateq Heydər Əliyev yaratmışdı.

Heydər Əliyev İlham Əliyev haqqında: “Ona özüm kimi inanıram” – Moskovski  Komsomolets - "İki sahil"

Müstəqillikdən söz düşmüşkən qeyd etmək yerinə düşər ki, əgər xalqımızın sevimli rəhbəri Heydər Əliyev olmasaydı, bu gün Azərbaycan yox idi. Köləlik, miskin həyat bizi qarşıda gözləyəcəkdi. Heydər Əliyev xalqın tələbi ilə siyasi səhnəyə o zaman gəldi ki, azadlığa yenicə qovuşmuş ölkəmiz milli fəlakətin bir addımlığında idi. Millət müstəqilliyini itirməyin təhlükəsini yaşayırdı.

Bununla yanaşı ölkəni bürüyən vətəndaş müharibəsi, separatizm alovu, xaos və özbaşınalıq, qanunların işləməməsi, kəskin sosial durum arzuolunmaz vəziyyət yaratmışdı.

Heydər Əliyev: “Əgər ədalətsizlik olubsa, onu bərpa etmək mənim işimdir...”

Belə taleyüklü məqamda bütün şüurlu həyatını xalqına həsr etmiş Heydər Əliyev çarəsizlikdən göz yaşı axıdan Vətənin taleyinə biganə qala bilməzdi. Beləliklə, xalqının arzusu və tələbi ilə yenidən siyasi hakimiyyətə gələn Heydər Əliyev Azərbaycanı qorudu! Xalqın milli birliyinə nail olan ulu öndər ilkin olaraq ölkədə sabitliyi bərpa etdi. Pozucu daxili və xarici qüvvələri zərərsizləşdirən dahi Heydər Əliyev ölkəmizi inkişaf, tərəqqi ünvanına çevirdi, Azərbaycan iri investorların maraq dairəsinə düşdü.

Reallaşması mümkünsüz görünən “Əsrin müqaviləsi”nə məhz ulu öndərin fövqəl xidmətləri sayəsində imza atıldı. Bu sazişin ölkəmiz üçün nə qədər həyati əhəmiyyət kəsb etdiyini hər birimiz, hər gün görür və həyatımızda hiss edirik.

Oxu.az - Heydər Əliyev – FOTOLARDA

Bu gün Azərbaycan xalqı öz qədim və şanlı tarixinin ən şərəfli günlərini yaşayır. İndi hər birimiz torpağını azad edərək milli ləyaqət və şərəfini uca tutmağı bacaran bir xalqın övladı olmağımızla sonsuz qürur duyuruq! Bu gün Azərbaycan ən uca zirvələrdən yüksələn nurdur! Bu solmaz duyğunun əbədi mənbəyi Heydər Əliyev şəxsiyyəti və bu məmləkətin əbədi xoşbəxtliyinə xidmət edən yenilməz ideallarıdır!

Ümummilli lider hələ sağlığında “mən daim Azərbaycanla birgə olacağam” demişdi. Bu gün fəth olunan ən qalibiyyətli zirvələrdə və gələcəyə hədəflənən uğurlarda xalqımız gerçəkdən əziz, sevimli və dəyərli oğlu Heydər Əliyevi öz yanında bilir və onunla yüksəlir, inkişaf edir və yeni, möhtəşəm zirvələrə ucalır!

Bu mənada Heydər Əliyev qədirbilən xalqımız üçün həm də Vətən, Azərbaycan deməkdir. Çünki hamının etiraf etdiyi kimi, xalqımızın Heydər Əliyev kimi bəxtinə və taleyinə xilaskar missiyası yazılmış övladı olmasaydı, bü gün hər birimizin doğma evi olan, müstəqilliyinin, azadlığının, istiqlal və istiqbalının sevincini, qürurunu yaşadığımız Azərbaycanımız yox idi. Ona görə təqvimin 10 May günü təkcə ən böyük azərbaycanlı Heydər Əliyevin yox, həm də müstəqil Azərbaycanın doğum günüdür. Doğum günün mübarək, Vətən!

Rəşad Mahmudov,
Milli Məclisin deputatı,
YAP İdarə Heyətinin üzvü

407421071_924807322978864_465962111817319078_n.jpg (117 KB)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR