İnsanlara hürriyət, millətlərə istiqlal!

Ağbulaq kənd məktəbinin 100 illik yubileyi qeyd olunub - FOTOLAR

2088 09.05.2024 18:10 Ölkə A A

Mayın 9-da Bakıda Göyçə mahalı Çəmbərək rayonu Ağbulaq kənd məktəbinin 100 illik yubileyi qeyd olunub.

Musavat.com bildirir ki, "Xəmsə" şadlıq sarayında keçirilən tədbirdə millət vəkili, Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri Əziz Ələkbərli, millət vəkili Hikmət Babaoğlu Müşahidə Şurasının sədri, akademik Misir Mərdanov, akademik Abel Məhərrəmov, Hikmət Babaoğlu, QAİ-nin qəyyumlar şurasının sədri, fəlsəfə doktoru Mürvət Həsənli Çəmbərək rayon icmasının sədri sədri, professor Əvəz Ələkbərov, Nəzarət təftiş komissiyasının sədri, professor Vahid Novruzov, Ağbulaq kənd məktəbinin ziyalıları, yetirmələri və digər tanınmış ictimaiyyət nümayəndələri iştirak edib.

İlk öncə İkinci Dünya müharibəsində həlak olan azərbaycanlıların, eləcə də Qarabağ döyüşlərində vətənimizin müstəqilliyi uğrunda həlak olmuş şəhidlərin xatirəsi yad edilib, Dövlət Himni səsləndirilib.

Ağbulaq kənd icma sədri Əli Abbasəliyev tədbir iştirakçılarını salamlayaraq, tədbirin təşkil olunmasına köməklik göstərən hər kəsə təşəkkürünü bildirib.

Daha sonra Ağbulaq kəndinin tanınmış ziyalısı Mahal Əliyev kənd və məktəb haqqında tədbir iştirakçılarına ətraflı məlumat verib. Qeyd edib ki, Ağbulaq kəndi Göyçə gölünün şərq sahilində Şahdağ silsiləsində, rayon mərkəzi isə Çəmbərəkənddən 12 km. cənub-qərbdə yerləşib.

Ağbulaq kənd məktəbi isə ilk dəfə 1923-cü ildə fəaliyyətə başlayıb. İlk məktəb 4 illik ibtidai təhsil pilləli, az sonra 7 illik, 1958-ci ildə 8 illik, 1969-cu ildə isə 10 illik təhsil pilləli tam orta məktəb kimi fəaliyyət göstərib.

Məktəbin məzunları öz təhsil səviyyəsinə görə daim fərqlənib, elm, təhsil, mədəniyyət, incəsənət sahəsində bir sıra uğurlar qazanıblar. Məzunların böyük əksəriyyəti ali və orta ixtisas təhsil alıb, onların arasında 3 nəfər elmlər doktoru, 20 nəfər elmlər namizədi adını alıb.

Daha sonra millət vəkili, Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri Əziz Ələkbərli çıxış edib.

Əziz Ələkbərli qeyd edib ki, icma yarandığı 2 il ərzində xeyli nailiyyətlər əldə edib:

Untitled (19)-1.jpg (189 KB)

"Həmin nailiyyətlərdən ən önəmlisi budur ki, biz iki il ərzində hər kəsi bir yerə, Qərbi Azərbaycana qayıdış missiyası ətrafında toparlaya bildik.

Keçirdiyimiz hər bir tədbir bizi tarixi torpaqlara bir qədər də yaxınlaşdırır, mənəvi birliyimizi, qayıdışımızı təmin edir. Mənəvi qayıdışın sonunda da fiziki qayıdış dayanır.

Bu gün Ağbulaq kənd məktəbinin 100 illik yubileyini qeyd edirik. Bu tədbiri təşkil edən Qərbi Azərbaycan İcmasına, bu icmanı yaradan Prezident İlham Əliyevə eşq olsun!"

Misir Mərdanov: "Bu tədbiri təşkil edən insanlara öz təşəkkürümü bildirirəm. Hesab edirəm ki, bu gün Qərbi Azərbaycan İcmasının tarixində mühüm bir gündür. 100 il əvvəl Ağbulaq kənd məktəbi yaranın və bu məktəb bölgədə ziyalıların yetişməsində mühüm rol oynayıb.

Untitled (20)-1.jpg (257 KB)

Hesab edirəm ki, bu cür silsilə tədbirlərin keçirilməsi böyük əhəmiyyətə malikdir.

Yarandığı 2 il ərzində Qərbi Azərbaycan İcması çox uğurlar əldə edib. Hətta ermənilər bu cür icmanın yaranmasındam təşviş hissi keçirirlər. Əminəm ki, tezliklə biz o yurdlara, dədə-baba torpaqlarına qayıdacağıq.

Ağbulaq kəndinin ziyalılarını, məzunlarını 100 illik yubiley münasibəti ilə təbrik edirəm".

Qərbi Azərbaycan İcması Ağsaqqallar Şurasının üzvü, akademik Abel Məhərrəmov isə qeyd edib:

Untitled (21)-1.jpg (260 KB)

"Ağbulaq kənd məktəbinin 100 illik yubileyinin qeyd olunması Azərbaycan, xüsusilə də qərbi qzərbaycanlılar çox böyük, tarixi hadisədir, bayramdır. Bu bayram münasibəti ilə hər kəsi təbrik edir, məktəbin yaradıcılarına Allahdan rəhmət diləyirəm".

Hikmət Babaoğlu da bu cür tədbirlərin keçirilməsinin əhəmiyyətindən danışıb, Ağbulaq kənd məktəbinin ziyalılarına uğurlar diləyib.

Untitled (24).jpg (187 KB)

Professorlar Əvəz Ələkbərov, Vahid Novruzov, Elmlər Akademiyasının Tarix İnstitutunun əməkdaşı Nazim Mustafa, şair-publisist Yusif Ağbulaqlı, fəlsəfə doktoru Novruz Zeynalov Ağbulaq kənd məktəbinin tarixindən danışıb, bu məktəblə bağlı xatirələrini bölüşüblər.

Tədbirin sonunda Qərbi Azərbaycan İcmasının qəyyumlar şurasının sədri Mürvət Həsənli tədbir iştirakçılarına təşəkkürünü bildirib.

Untitled (25).jpg (203 KB)

Ağbulaq kəndinin icma üzvləri tərəfindən hazırlanan suvenir hədiyyələri və Ağbulaq məktəbinin 100 illik yubileyinə həsr edilmiş kitab albomu iştirakçılara hədiyyə olunub.

Xalidə Gəray
Fotolar müəllifindir
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR