İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyanın xanımı tədbirdə təhqir olundu- VİDEO

981 25.04.2024 11:40 Region A A

Ermənistanın Baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyan İrəvanda qondarma “erməni soyqırımı” ilə bağlı ucaldılmış “Tsitsernakaberd memorialı”nda etirazla qarşılanıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə erməni KİV məlumat yayıb.

Yayımlanan videoda Akopyanın kiçik qızı ilə birlikdə “abidə” qarşısına yaxınlaşdığı anda onun ünvanına təhqirlərin işlədilməsi əks olunub. Belə ki, Akopyanı görən bir qrup şəxs “Nikol qatildir”, “Nikol xaindir” şüarlarını səsləndirib.

Mühafizəçi ondan getməyi xahiş etsə də, Akopyan imtina edib. Polisin müdaxiləsindən sonra o, gül qoya bilib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR