İnsanlara hürriyət, millətlərə istiqlal!

Qazaxıstan üzərindən Çinə ötürüləcək Rusiya qazının həcmi açıqlandı

506 04.05.2024 16:42 Dünya A A

Rusiya qazının Qazaxıstan üzərindən Çinə tranzitinin həcmi təxminən ildə 35 milyard kubmetr nəzərdə tutulub.

Musavat.com xəbər verir ki, bunu TASS-a müsahibəsində Qazaxıstanın Rusiyadakı səfiri Dauren Abayev deyib.

Səfir bildirib ki, ölkəsi tranzit potensialımızdan maksimum istifadə etmək istəyir: "Yol xəritəsi imzalanıb. Söhbət Çinə ötürüləcək 35 milyard kubmetrdən gedir. Bu, Qazaxıstanın şərq və şimal-şərq rayonlarının qazlaşdırılmasına imkan verəcək. Biz təkcə tranzitlə məşğul olmayacağıq, həm də əhalinin ehtiyacları üçün qaz alacağıq. Hazırda qiymətlə bağlı danışıqlar gedir. Bütün detallar bunlardır, amma ümumilikdə yol xəritəsi imzalanıb, istək var, anlaşma var, bəzi detallar qalıb”.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR