İnsanlara hürriyət, millətlərə istiqlal!

Niyə Ərdoğan, niyə Türkiyə - VİDEO KÖŞƏ

1754 15.02.2023 22:50 Yazarlar A A

Biz türkük.

Türklüyə, Türkiyəyə aid nə varsa, nə olursa, nə baş verirsə bizə də dəxli var; bizlərə də aiddir, bizim də həyatımıza, gələcəyimizə, görəcəyimizə, hətta övladlarımızın taleyinə təsir edir. Çünki biz Azərbaycan türkləri olaraq Türk Dünyasının önəmli bir hissəsiyik. Turan hərəkatının fikir mərkəzi, Türk Dünyasına aid bütün sürəclərin mərkəz nöqtəsi həm də Azərbaycandır.

Bu baxımdan, Türkiyəmizdəki fəlakətə necə canımız yanır, ürəyimiz ağrıyırsa; bu qutsal ölkənin gələcəyinə dair hər hansı sürəc də bizim içimizdən keçir, nigarançılıqlarımıza, həyəcanlarımıza səbəb olur, canımıza-qanımıza hopur.

Biz Türkiyəni Vətən bilirik, özümüzünkü sayırıq.

Bəzən bizə Türkiyədə "yabançı" deyirlər; əslində orada bizim hüquqi statusumuz da elədir. Lakin heç bir itələyici qayda, qanun, baxış Türkiyəni sevməkdən, onu Vətən saymaqdan, onun uğrunda ölməyə hazır olmaqdan bizi kənarlaşdıra bilməz.

Bütün bunlara və yazmadığım çoxsaylı səbəblərə görə, Türkiyənin siyasi gələcəyini özümüzün də gələcəyimiz sayırıq. Və bu əsasla da bəzən orada cərəyan edən məsələlərə münasibət bildiririk. Qarışmırıq, arzu edirik, gözləntilərimizi bildiririk. Çünki biz də türkük, Türkiyənin necə olması, haraya istiqamətlənməsi bizi də təsirləndirir...

Bu video parça da Türkiyəmizin gələcəyindən gözləntiləri olan bir Azərbaycan türkünün, bir Turan sevdalısının səmimi baxışlarının, açıq fikirlərinin duyğusal ifadəsidir.

Tanrı Türkiyəmizi, Türk Dünyasını qorusun!

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR