İnsanlara hürriyət, millətlərə istiqlal!

"Mədəniyyət Dalğası” layihəsi başlanır

504 01.09.2023 21:12 Mədəniyyət A A

Sentyabrın 1-də Mədəniyyət Nazirliyinin və “CBC FM” radiosunun birgə təşkilatçılığı ilə yeni mövsümdə “Mədəniyyət Dalğası” verilişi ictimaiyyətə təqdim ediləcək.

Bu barədə Musavat.com-a Mədəniyyət Nazirliyindən məlumat verilib.

Bildirilir ki, layihə Azərbaycanın zəngin mədəniyyətini təbliğ etmək, mədəniyyət və incəsənət xadimlərini, görkəmli simaları çağdaş nəslə daha yaxından tanıtmaq, mədəni həyatımızda baş verən yenilikləri efirdən səsləndirmək və dinləyiciləri maarifləndirmək məqsədini daşıyır.

Radio verilişi hər həftənin cümə günü saat 11:00-da “CBC FM”-də yayımlanacaq. Verilişdə həftənin ən son mədəniyyət xəbərləri təqdim ediləcək, həmçinin qonaqlarla mədəniyyət sahəsində baş verən yeniliklər müzakirə olunacaq.

Qeyd edək ki, “Mədəniyyət Dalğası” verilişi eyni zamanda “CBC FM”-in rəsmi sosial media hesabında (facebook: CBC FM Azerbaijan) canlı izləyə bilərsiniz.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR