İnsanlara hürriyət, millətlərə istiqlal!

İranlı idmançı yarışda “ring girl”a təpik atdığı üçün cəzalandırıldı

2739 22.04.2024 10:53 Ölkə A A

Rusiyanın paytaxtı Moskvada qarışıq döyüş sənəti (MMA) üzrə keçirilən “Hardkor” turnirində #iranlı döyüşçü Əli Heybəti “ring girl”a təpik atıb.

Məlumata görə, Əli Heybəti bu hərəkətinə görə ömürlük diskvalifikasiya edilib. Bununla yanaşı, əlavə cəza olaraq iranlı idmançıların bütün qonorarları təhqir edilən qıza veriləcək.

Qeyd edək ki, İranın Çaharmahal Bəxtiyari əyalətindən olan Əli Heybəti bundan öncə 2022 və 2023-cü illərdə də oxşar hərəkətlər edib.

Xatırladaq ki, erməni döyüşçü Arkadi Osipyan və iranlı idmançı Əli Heybəti arasında rinqdən kənarda qarşıdurma da yaşanmışdı.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR