İnsanlara hürriyət, millətlərə istiqlal!

İran terroru siyasətə gətirir - Bakıda terror törətmək çağırışına reaksiyalar

1477 04.04.2024 11:49 Gündəm A A

İran rəsmiləri artıq bütün qırmızı xətləri keçirlər. Zaman-zaman Tehrandan Bakıya qarşı təhdidlər, təxribat cəhdləri, çağırışları və real hərəkətlər olub. Dəfələrlə sui-qəsd, terror törətmək istəyən şəxslər də ifşa olunublar. 

Bu dəfə İran parlamentinin üzvü Cəlal Rəşidi Koçi “X” sosial şəbəkəsində Azərbaycan əleyhinə sarsaq bir açıqlama yazıb. O, İsrailin Azərbaycanda olan diplomatik mərkəzinə açıq və birbaşa hücum etməyi təklif edib. 

Təhlükəsizlik eksperti Sülhəddin Əkbər Musavat.com-a şərhində bildirib ki, Azərbaycanın kəşfiyyat və təhlükəsizlik xidmətləri bu məsələni xüsusi diqqətdə saxlamalıdır. Həmçinin müttəfiq, dost və tərəfdaş ölkələrin kəşfiyyat xidmətləri ilə informasiya mübadiləsi aparmaq lazımdır.

Kimlər "KQB"nin agenti olub? – Sülhəddin Əkbər açıqlayır Pravda.az

Sülhəddin Əkbər 

İran niyə Azərbaycanla münasibətlərin normallaşmasında maraqlı deyil? İranın İsraillə problemləri varsa, bunu öz aralarında həll etmək əvəzinə, Bakıdakı səfirliyə hücum çağırışı axmaq təfəkkür olmaqla yanaşı, faktiki İranın terroru siyasətə gətirmək cəhdi kimi qiymətləndirilməlidir. Bu isə beynəlxalq hüquqla bir dövlətin faktiki terrorçuluğu, terror dövləti olması anlamını daşıyır. Azərbaycan bu kontekstdən çıxış edərək, İran deputatının davranışına münasibətdə hansı addımları atmalıdır? Beynəlxalq qurumlar məsələyə müdaxilə etməlidirmi?

Fikrət Yusifov da prezidentliyə namizəd oldu-AÇIQLAMA

 Fikrət Yusifov 

Sabiq maliyyə naziri, iqtisadi və siyasi məsələlər üzrə ekspert Fikrət Yusifov iranlı deputatın sərt şəkildə cəzalandırılması çağırışı ilə çıxış etdi: “İran parlamenti deputatlarının və ya bu ölkənin digər rəsmilərinin Azərbaycanın ünvanına səsləndirdikləri sərsəmləmələrə biz artıq öyrənmişik. Lakin hər rəsmi şəxsin siyasi etikaya sığmayan və ya təxribat xarakterli sərsəmləməsi İran dövlətinin rəsmi mövqeyi kimi dəyərləndirilməməlidir. 

Xarici ölkə ilə bağlı hər hansı bir məsələyə dövlətin rəsmi mövqeyini həmin ölkənin dövlət başçısı, yaxud onun kabinetində çalışan aidiyyəti rəsmi şəxslər və ya Xarici İşlər Nazirliyinin rəsmisi bildirərsə, bu artıq birbaşa dövlətin mövqeyi hesab edilməlidir. Lakin məsələnin bir başqa tərəfi ondan ibarətdir ki, İran və Rusiya kimi ölkələrdə bir qayda olaraq hakimiyyətin daha aşağı səviyyədən olan sözçüləri olur. Dövlət rəhbərliyi hansısa səbəbdən öz fikrini rəsmi açıqlamaq istəmədikdə, o bunu həmin sözçüləri vasitəsilə edir. Məsələn, Kremlin bu  sahədəki təcrübəsi ən yaxşı “nümunə” kimi təqdim oluna bilər. İran da bu qəbildən olan dövlətlərdən biridir. Qərb artıq illərdir ki, İranı dünyaya terroru maliyyələşdirən bir dövlət kimi təqdim edir. Əgər bir dövlət gerçəkdən də terroru maliyyələşdirirsə, o halda onun hər hansı bir rəsmisinin və ya sözçüsünün terror aktı ilə bağlı səsləndirdiyi fikirlərə ciddi yanaşmaq lazımdır. İran parlamentinin Azərbaycanda İsrail səfirliyinə hücumla bağlı çağırışlarına gəlincə isə əgər deputatın fikirləri İran dövlətinin mövqeyini ifadə etmirsə və doğrudan da onun şəxsi fikirləridirsə, o halda rəsmi Tehran bununla bağlı zəruri addım atmalı və bu fikirləri səsləndirən deputat müəyyən olunmuş qaydada cəzalandırılmalıdır. Ancaq biz İran təcrübəsində bu cür sərsəmləmələrə görə dövlət tərəfindən kiminsə cəzalandırılması və ya ən azından onun dövlət səviyyəsində qınanması hallarına demək olar ki, rast gəlməmişik. Tehrandakı Azərbaycan səfirliyinə hücum edən terrorçunun terrorun ertəsi günü rəsmi dövlət telekanalında danışdırılması nə demək idi? Azərbaycan hökuməti bu məsələdə qətiyyət nümayiş etdirməsəydi, şübhə yoxdur ki, həmin terrorçu hələ də azadlıqda qalacaqdı". 

Sabiq nazir bu çağırışın özünü cinayət hesab edir: “Azərbaycan ərazisində bir başqa dövlətin səfirliyinə hücum təşkil etməyə dair çağırışın özü terror aktının törədilməsi qədər cinayətdir, bunun başqa adı yoxdur. Bir anlıq belə təsəvvür etmək mümkün deyil ki, Azərbaycan parlamentində hər hansı bir deputat belə bir çağırışla çıxış etsin. Bəs İranda bu cür çağırışlara necə yol verilə bilir? Bu da dövlətin mahiyyətindən irəli gələn məsələdir. 

Azərbaycanda İsrail səfirliyinə hücum olarsa, bu aktın kimin tərəfindən törədilməsindən asılı olmayaraq məsuliyyəti Azərbaycan hökumətinin üzərində qalar. Çünki o səfirliyin təhlükəsizliyinin təmin olunması bir dövlət kimi Azərbaycanın üzərindədir. Azərbaycanda İsrail səfirliyinə hücum təşkil etmək istəyənlərin əsas məqsədi Azərbaycanla İsrail arasında münasibətlərin gərginləşməsinə nail olmaqdır. Lakin bu kartlar artıq köhnəlib, Azərbaycan ərazisində belə təxribatların törədilməsi o qədər də asan məsələ deyil, çünki dövlətimizin təhlükəsizliyi yüksək səviyyədə qorunur.

Biz bütün qonşularla, o cümlədən İranla da normal qonşuluq şəraitində yaşamaq və qarşılıqlı hörmətə əsaslanan  münasibətləri qoruyub saxlamaq istəyindəyik. Gərək  qarşı tərəf də bunu dəyərləndirib, bizimlə münasibətlərində hər hansı yanlışlığa yol verməsin".

Deputat Sona Əliyeva: "Şagirdlər üçün xüsusi dərsliklər hazırlanır" -  AzEdu.az AZƏRBAYCAN TƏHSİL PORTALI

Sona Əliyeva

Sabiq deputat, siyasi təhlilçi Sona Əliyeva isə İran tərəfin Bakıdan üzr istəməkdən başqa yolunun qalmadığını söylədi: “Azərbaycan zaman-zaman İrandan açıq terror təhdidləri almaqdadır. Hətta İran bizim Tehrandakı elçiliyimizə olan teraktın da əsas sifarişçilərindəndir. İran dövləti terrorla nəfəs alıb verən ölkələrdəndir. İranlı deputat Cəlal Rəşidi Koçinin bu çağırışı isə İsraili yox, birbaşa Azərbaycanı hədəf almaqdır. Hesab edirəm ki, Azərbaycanın hüquq-mühafizə orqanları bu məsələni ciddi şəkildə nəzarətə götürüb. İstənilən təxribatın qarşısını almağa Azərbaycan dövlətinin gücü və imkanı çatır. Burada diqqət edəcəyimiz bir məqam ondan ibarətdir ki, İran Azərbaycanda terror aktını təkbaşına yox, bu məsələdə yüzillik təcrübəyə malik Fransa ilə birgə yerinə yetirməyə çalışacaq. Çünki bu iki dövlət həmişə Türk dünyasına qarşı ən kəskin mövqedə dayanıblar. Fikrimcə, İran Azərbaycanla münasibətlərin normallaşmasında maraqlı deyil. Çünki regionda güclü Azərbaycan faktoru mövcuddur. Tehrandakı molla rejimi isə həmişə diktə dilində danışdığı Ermənistan kimi dövlətlərlə "dostluq" etməkdə maraqlıdır. Düşünürəm ki, son terror hədələrindən sonra İran tərəfi Azərbaycan Respublikasından üzr istəməlidir".

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR