İnsanlara hürriyət, millətlərə istiqlal!

Gürcüstanın daşınmaz əmlak bazarı: vəziyyət necədir?

2637 16.01.2023 16:30 Müsahibə A A

İş adamı: “Burada qanunlar şəffafdır, son dərəcə rahat və işgüzar investisiya şəraiti mövcuddur”

Rusiya-Ukrayna müharibəsi, Rusiyaya qarşı sanksiyalar bir sıra ölkələrdə iqtisadi aktivliyin sürətlənməsinə gətirib çıxarıb. Belə ölkələrdən biri də Gürcüstandır. Rusiyadan köçən on minlərlə kiçik və orta sahibkarın, İT mütəxəssisin məskunlaşmaq üçün Gürcüstanı seçdiyi heç kimə sirr deyil. Bu köç qonşu ölkədə azərbaycanlıların böyük maraq göstərdiyi daşınmaz əmlak bazarında hansı dəyişikliklərə səbəb olub? Gürcüstanın əmlak bazarına investisiya yatırmaq istəyən azərbaycanlı sahibkar nələrə diqqət yetirməlidir?

Bu və ya digər suallarımıza qonşu ölkənin daşınmaz əmlak bazarında fəaliyyət göstərən "Azturk Real Estate" şirkətinin sahibi Arif Lələyev cavab verib.

WhatsApp Image 2023-01-16 at 15.47.03 (1).jpeg (75 KB)

- Arif bəy, Gürcüstanın əmlak bazarının pandemiyadan sonrakı vəziyyətini necə qiymətləndirirsiniz?

- Məlum yaxın keçmişi 3 hissəyə bölmək olar: pandemiyaya qədərki, pandemiya dövrü, üçüncü dönəm isə pandemiyadan sonrakı. Pandemiyadan əvvəlki 2019-cu ildə Gürcüstan turizmi ən çiçəklənən dövrünü yaşadı: ölkəyə 10 milyona yaxın turist gətirməyi bacardılar. Bu, fantaziya deyil, tam gerçəkdir. Kiçik bir ölkə üçün bu qədər ziyarətçinin gəlməsi doğrudan da bu işi görənlərin öz işlərini düzgün qurduqlarının sübutu idi. Pandemiya bütün dünyada olduğu kimi, Gürcüstana da öz mənfi təsirini göstərdi, aydındır ki, turizm də ciddi itkilərə məruz qaldı. Artıq kabus arxada qalıb, indi Gürcüstanda bütün biznes sahələri dəymiş ziyanın yerini doldurmağa, pandemiyadan əvvəlki səviyyəsinə çatdırmağa çalışırlar. Ölkədə təkrar canlanma müşahidə olunur, o cümlədən əmlak bazarında. Bu gün Tiflis şəhərində boş kirayə mənzil tapmaq müşkül məsələdir. Şəhərin mənzil bazarında kirayə və satılıq evlərin qiyməti 2-3 dəfə bahalaşıb, özəlliklə ev kirayələri dəfələrlə yüksəlib.

WhatsApp Image 2023-01-16 at 15.47.04.jpeg (150 KB)

- Müharibə başlayandan sonra rusların əksəriyyətinin Gürcüstanda əmlak aldığı deyilir. Siz bunu müşahidə etmisinizmi?

- Ötən ilin mart ayından etibarən Tiflisdə öncə kirayə mənzillərin qiyməti sürətlə artmağa başladı. Qısa müddət ərzində 2-3 dəfə, bəzən daha çox qiymətlər artdı, səbəbi məlum idi: Belarus, Rusiya və Ukrayna vətəndaşlarının gəlişi qiymətləri yerindən oynatdı. Ötən il ölkəyə 700 mindən çox slavyan kökənli şəxsin girişi gerçəkləşib, bunlardan 100 mindən çoxu hələ də ölkəni tərk etməyib. Təkcə bu kateqoriyadan olanların 70 mininin mənzil aldığı açıqlanan statistikalardan məlumdur.

- Maraqlıdır, Gürcüstanda ən bahalı, ən ucuz daşınmaz əmlakı harada, neçəyə əldə etmək olar?

- Bütün dünyada olduğu kimi Gürcüstanda da əmlak qiymətləri yerində saymır, bu, təbiidir. 3-5 il bundan əvvəlki qiymətləri tapmaq indi sadəcə mümkün deyil. Amma bu o demək deyil ki, əmlak almağa dəyməz. Tam əksinə, indi alınan əmlak 3 aydan sonra yatırımçısına inanılmaz qazanc gətirəcək. Hazırda Tiflisin ən geridə qalmış məhəlləsində mənzillər kirayədən yaxşı qazanc gətirir, mərkəz yerlərdən danışmağa məcazi mənada ehtiyac qalmır.

Bu gün 60-70 m2-lik hazır, mebelli, təmirli, ikinci əl yeni bina evlərinin qiyməti 80 000 - 85 000 dollardan başlayır. Təbii, bu qiymətdən də ucuz evlər mövcuddur: bu, mənzilin yerləşdiyi yerdən və şəraitindən asılıdır. Ümumiyyətlə, metro və nəqliyyata çıxışı olan evlərə həmişə tələbat üst sıralarda olur. İndi elə şərait yaranıb ki, Tiflisdə bütün rayonlarda ev almaqdan qorxmaq lazım deyil, əksinə, əmlak almaq fikri olanlara tam məsuliyyətimlə indiki məqamda əmlak almalarını tövsiyə edirəm. Zamanı qaçırmaq olmaz, bu gün alınan hər hansı bir əmlakın yaxın gələcəkdə qiyməti mütləq bahalaşacaq.

WhatsApp Image 2023-01-16 at 15.47.03 (2).jpeg (91 KB)

Qiymətlərə gəlincə:

Yeni tikili binalarda (ucqar rayonlarda) m2 qiyməti qara çərçivə 750$-850$ (minimum)

Şəhərin mərkəzində 1500$- 2000$ (qara çərçivə, minimum qiymət)

Yeni binalarda ofis m2 qiymətləri 1500$-dan başlayır.

Hotel və restoranların kvadratmetrinin qiyməti təxminən (qara çərçivə) 2500$-dan başlayır.

Ən gəlir gətirən metro yaxınlığında olan ticarət sahələri (mağaza) m2 satış qiymətləri 5000$ - 10 000$-dan başlayır.

Tiflisin işlək rayonlarına (Vake, Saburtalo, Chugurite, Mtasminda,  Solalaki, Vera, Ortachala, Krtsanisi və b.) görə qiymətlər dəyişir.

Sadaladığım bölgələrin hər biri özünəməxsus cazibəsi ilə turistləri cəlb etməklə məşhurdur. Bu rayonlar Tiflisin tarixi və müasirliyi ilə birləşərək şəhərin görməli yerləridir.

Nisbətən ucuz bölgələr: Varkiteli,  Gldani, Vazisubani, Naxalovka, Lilo və s.

- Azərbaycandan Gürcüstanın əmlak bazarına maraq necə dəyişib? 

- Azərbaycana ən yaxın dost ölkələrdən olan Gürcüstana həmvətənlərimizin marağı həmişə olub və indi də az deyil. Son illər Azərbaycandan olan yeni yatırımçılarda öncəki illərə nisbətən aktivlik hiss olunmur demək düzgün olmazdı. Amma hazırda Tiflisdə həmvətənlərimiz kifayət qədər mənzilə sahibdirlər, müştərilərimiz arasında öz millətimizdən olanları görmək, onlarla işləmək çox rahat, etibarlı və qürurvericidir. Əlbəttə, insanları və müştərilərimizi kateqoriyaya ayırmırıq. Bir məsələni də xüsusi qeyd etmək istərdim. 8 ildir ki, Gürcüstanın əmlak bazarında çalışıram, getdiyim hər evdə, hər məkanda gürcülərdən azərbaycanlılar barəsində ancaq xoş sözlər və hörmət görmüşəm. Bunu bizim nəcib xalqımızın insanları qazanıb, sanki özlərindən sonrakı gələcək həmvətənlərimizə miras qoyublar. Bu hörmətlə qarşılaşmaq, özəlliklə Bakıdan, Azərbaycandan olan tanıdığın insanlar barəsində daim xoş sözlər eşitmək qürurvericidir.

WhatsApp Image 2023-01-16 at 15.47.03 (3).jpeg (76 KB)

- Gürcüstanın daşınmaz əmlak bazarının həcminə dair məlumatlarınız varmı? Bu bazarın perspektivlərini necə görürsünüz?

- Əlbəttə, Gürcüstanın daşınmaz əmlak bazarı barədə yetərincə məlumatım var. Ən başlıcası Gürcüstanda qanunlar şəffafdır, son dərəcə rahat və işgüzar investisiya şəraiti mövcuddur, yetər ki, yatırım edib gəlir götürərək vergi ödəyəsən. Soydaşlarımız Gürcüstanda iş qurmaq və mənzil almaq barəsində bizə müraciət edərək, suallar verirlər. Məlumat üçün bildirim ki, Azərbaycan vətəndaşları Gürcüstanda 1 il müddətində sərbəst qala bilirlər, iş qurmaq və mülk almaq üçün pasportdan başqa sənəd tələb olunmur. Gürcüstanın istənilən bölgəsində, şəhərində yaşamaq sərbəstdir, qeydiyyat tələb olunmur. Onu da vurğulamaq istərdim ki, uzun illərin zəhmət və təcrübəsi sayəsində geniş əmlak portfelimizi formalaşdıra bilmişəm. Demək olar ki, Gürcüstanda, Tiflisdə və Batumidə çox perspektivli binalar, hotellər, kommersiya əraziləri, hazır nəhəng layihələr var və öz yatırımçısını gözləyir. Məsələn, Batumidə hər bir dövlət idarəsindən tikinti icazəsi alınmış 66 000 m2 ümumi tikinti sahəsi olan ərazi və layihə var. Bu layihə müqabilində nağd pul ödəmək də tələb olunmur, yəni pul yerinə tikiləcək binadan kvadratmetr istənilir. Rusların və ərəblərin Batumidə çox ev aldıqlarını nəzərə alsaq, demək olar ki, fundament qoyulandan satış başlayır və bina bitmədən evlər satılıb bitir. Sadalaya biləcəyim çox milyonluq əmlaklar var, dediyim kimi, hər biri yatırımçısını gözləyir.

Elə həmvətənlərimiz var ki, əllərində ev və ya əmlak almağa imkanları var, lakin kimlə işləyəcəklərini bilmirlər, etibar edə biləcəkləri əmlakçı tapa bilmirlər.

Bizə müraciət edin və nəticələrdən razı qalın!

+995 555 77 03 69 (Vatsap var)

Müsahibə üçün bizə şərait yaratdığına görə başda Rauf Arifoğlu olmaqla "Yeni Müsavat" Media Qrupunun kollektivinə təşəkkür edirəm.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR