İnsanlara hürriyət, millətlərə istiqlal!

Elçibəyin Baş nazirinin yubiley yaşı və bitməyən xidməti...

3624 28.10.2022 23:00 Yazarlar A A

Bu gün Elçibəy iqtidarının Baş naziri, sabiq millət vəkili, AXP sədri Pənah Hüseynin 65 yaşı tamam oldu.

Bu münasibətlə əziz dostumu, dəyərli vətən övladını, türk dünyasının fədakar simasını ürəkdən təbrik edirəm.

Pənah Hüseyn Azərbaycanın görkəmli dövlət və siyasət adamıdır. Tarixi proseslərin yönverən iştirakçısı və xalq hərəkatının əsas liderlərindən biridir. O, həm də Azərbaycan xalqının hakimiyyətə gətirdiyi AXC iqtidarının mərkəzi fiqurlarından biri olub. Onun həyatının son 33 ili gözlərimin önündə (əslində həm də xalqın təftişçi monitorinqində) keçib. Mən şərəfli və namuslu, cəsur və bütöv, dürüst və şəffaf, nikbin və pozitiv bir Pənah bəy tanıdım, onu hər zaman və bütün şərtlərdə belə gördüm.

Pənah Hüseyn tribunalardan danışanda mən milyonlardan biri kimi onu meydanlarda dinləmişəm. Heç də hər dediyi ilə razılaşmırdım, təftişçi və məncildim; yaşım 25-lərdə, gözüm zirvələrdə... Amma onun fərqli bir zəkasının, cana yaxın obrazının olduğunu görməkdəydim. Milli Azadlıq Hərəkatının bir çox liderlərinə əl çatmazdı; onlarla birə-bir təmas, fikir mübadiləsi mümkünsüzdü; lovğalıq, özündən müştəbehlik də vardı, bir yandan da məsafə saxlamaqda haqlıydılar. Proseslərin kəmiyyət mövsümü idi və bir millət bütövlükdə siyasət meydanına atılmışdı; hamının da hər kəlməsindən yumruq yağırdı. O zamanın Feysi də, Tik -Toku da meydanlar idi; mitinqlər olmayanda isə, AXC qərərgahları...
Liderlər bunca ilgiyə və bunca "statusa" dözməyərək, özlərini qələbəlikdən kənara çəkirdilər...

Pənah Hüseyn fərqli idi: xalqla, sadə hərəkatçılarla, elektoratla təmasdan, mükalimə, müzakirə və mübahisələrdən qaçmazdı. Ona hamının əli çatırdı, o hamı üçün yaxın idi. Elə buradaca qeyd edim: mənim əziz qardaşım indi də belədir! 30 ildən çoxdur biz onun ən böyük üstünlüyü olan bu keyfiyyətini tənqid edirik, o isə bir ömürdür bu xalqçı keyfiyyəti ilə fərqlənməkdə və sevilməkdədir.

Azərbaycan Xalq Partiyasının gerçək xalqçı rəhbəri!

Belə olmasa idi, 1990-91-ci illərdən başlayaraq, onunla yaxın təmas qura, daha sonra isə dostlaşa bilməzdik...

...Onunla iqtidarı paylaşmadıq - tam tərsinə, vəzifələrdə olanda hətta toqquşduq da; dövlət katibi kimi ilk müsahibələrindən birini də bizim qəzetə vermişdi; hər şey qalmışdı kənarda, biz onun ağ gilas mürəbbəsini sevməsini başlığa çıxartmışdıq...

Onun içindəki sevgi və mərhəmət kinindən çox böyükdü; Pənah Hüseynə pislik etmək yarışına kimlər girsə də, bəyin mərhəmət və böyüklük hissini kininə yedizdərə bilməz...

 

Pənah Hüseynlə Bayıl həbsxanasında eyni kameranı elə paylaşdıq ki...

rauf.jpg (153 KB)

2004-cü il, Bayıl türməsi

Bizi həbsxana yaxınlaşdırdı; onu daha çox orada kəşf etdim; çıxdıq, yeganə ikimiz bir - birimizdən uzaqlaşmadıq.

Allahın lütfü, Pənah Hüseynin etibarı və müdrikliyi sayəsində...

Dəyanətli, cəsur, inadcıl və dosta şəfqətli, yoldaşlığa layiq, düşmənə barışmaz, türklüyə könül vermiş əziz Dostumun, toparlayıcı vizion sahibinin, böyük icraçı-ideoloqun, ən yaxın ülküdaşımın 65 yaşı tamam olur!

Onun kimi simaların təqaüd yaşı gələ bilər, amma onların vətənə xidməti, missiyası bitməz.

Pənah Hüseyn Azərbaycan tarixində uzun illər yaşayacaq mussiya sahibidir.

Yeni yaşı və yubileyi qutlu olsun!

frtrg.jpg (92 KB)

Sayğılarla, Rauf Arifoğlu

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR