İnsanlara hürriyət, millətlərə istiqlal!

Dünya neft emalı zavodlarının 20 faizindən çoxu bağlanma riski altındadır – Tədqiqat

644 28.03.2024 15:24 İqtisadiyyat A A

Dünya neft emalı potensialının beşdə birindən çoxu benzin istehsalında gəlirliliyinin proqnozlaşdırılan azalması və karbon emissiyalarının azaldılması səyləri səbəbindən bağlanma riski altındadır.

Musavat.com xəbər verir ki, bu barədə 465 neft emalı zavodunda vəziyyəti öyrənən "Wood Mackenzie" enerji konsaltinq şirkətinin məlumatlarına istinadən Reuters agentliyi məlumat yayıb.

Onların çoxu Avropa və Çindədir: burada istehsal həcmi təqribən gündəlik 3,9 milyon barel təşkil edən neft emalı gücü təhlükə altındadır.

“Concawe” sahə şirkətinə görə, 2009-cu ildən bəri Avropada 30-a yaxın neft emalı zavodu bağlanıb. Bu bağlanma dalğası Yaxın Şərq və Asiyada daha yeni, texnoloji cəhətdən inkişaf etmiş bizneslərin artan rəqabəti, eləcə də koronavirus pandemiyasının təsiri ilə bağlıdır.

Ekspertlərin proqnozlarına görə, benzinin rentabelliyi onilliyin sonuna kimi bu yanacağa tələbat azaldıqca, eləcə də Rusiyaya qarşı sanksiyaların mümkün yumşaldılması ilə azalacaq. Eyni zamanda, , Wood Mackenzie analitikləri hesab edirlər ki, karbon vergilərinin təzyiqi getdikcə daha çox nəzərə çarpacaq.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR