İnsanlara hürriyət, millətlərə istiqlal!

Bürclər üçün GÖZLƏNİLƏN XƏBƏR: Önümüzdəki 4 ay boyunca...

6877 27.04.2024 15:47 Astrologiya A A

Merkuri Qoç bürcündə aprelin 1-də geriyə doğru hərəkətinə başlayıb. Aprelin 1-də başlayan retrograd dünən saat 15:55-dən sonra başa çatıb.

Astroloq Dinçer Güner bu barədə açıqlama verib. O bildirib ki, son 3 həftədir yaşadığınız ünsiyyət çaşqınlığı, elektron cihazlarla bağlı problemlər, bir çox şeylərin dayandırılması, sistemli problemlər, bir-birinizi başa düşə bilməməniz, əlaqənizin kəsilməsi və səhv hesablamalar dövrü artıq başa çatmaq üzrədir:

“Qarşıdakı 4 ay rahatlıq dövrüdür. Bu, son 3 həftədir həyatımızı pozan və problem yaradan məsələləri yenidən müzakirə etmək və istəsək, təbii ki, yenidən onların üzərində işləmək dövrümüzün başlanğıcıdır.

Artıq siz sərbəst şəkildə yeni biznesə başlaya, iş təkliflərini qiymətləndirə, hesab aça, kredit götürə, ev ala, tərəfdaşlıq qura, işə müraciət edə, telefonlarınızı yeniləyə, ailə qura, internet saytı aça bilərsiniz. Bizneslə məşğul olun, sərbəst şəkildə elektronika alın, müqavilələr imzalayın, ev almaq, satmaq, kirayə vermək və yeni ideyalarınızı həyata keçirmək üçün yaxşı imkanlarınız olacaq”./Yenisabah.az

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR