İnsanlara hürriyət, millətlərə istiqlal!

DİPLOMATİK QALMAQAL: Rusiya estoniyalı diplomatı ölkədən çıxarır

336 17.04.2024 16:06 Region A A

Estoniyanın müvəqqəti işlər vəkili Yana Vanamölder Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.

Musavat.comKommersant”a istinadən xəbər verir ki, Moskva mart ayında Rusiyanın Tallinndəki səfirliyində diplomatın “persona non qrata” elan edilməsi ilə bağlı ona kəskin etirazını bildirib.

"Qarşılıqlılıq prinsipinə əsaslanaraq Estoniyanın Moskvadakı səfirliyinin diplomatik əməkdaşının Rusiyadan çıxarılacağı açıqlanıb. Estoniya tərəfinə məlumat verilib ki, düşmənçilik fəaliyyətinə hər zaman layiqli cavab veriləcək", - Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

Qeyd edək ki, martın 19-da Estoniya Xarici İşlər Nazirliyi Rusiya səfirliyinin müvəqqəti işlər vəkili Lenar Salimullini çağırıb və ona Rusiya səfirliyinin əməkdaşının ölkədən çıxarılması ilə bağlı nota təqdim edib. 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR