İnsanlara hürriyət, millətlərə istiqlal!

11 mindən artıq itkin ailəsindən bioloji nümunə götürülüb FOTO

334 30.04.2024 12:43 Gündəm A A

“İtkin düşən şəxslərin siyahıları dəqiqləşdirilib, onların ailələrindən nümunələr götürülüb”.

Musavat.com xəbər verir ki, bunu Əsir və itkin düşmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası işçi qrupu rəhbərinin müavini Eldar Səmədov bu gün keçirilən brifinqdə deyib.

Onun sözlərinə görə, azad edilən ərazilərdəki kütləvi məzarlıqlarda qazıntı işləri aparılıb:

“İtkin düşmüş vətəndaşlarımızın taleyinin araşdırılması istiqamətində işlər aparılır. 11 mindən artıq itkin ailəsindən bioloji nümunə götürülüb. Vətən müharibəsində əldə edilmiş Böyük Zəfərdən sonra itkin düşmüş vətəndaşlarımızın taleyinin aydınlaşdırılması işlərinə başlanıb. 73 nəfər itkinimiz barədə bu gün ictimaiyyətə məlumat veriləcək. 73 nəfər iki istiqamət üzrə müəyyən olunub. Biri respublikanın ayrı-ayrı şəhər və rayonlarında tanınmadan dəfn edilən naməlum məzarlardan çıxan meyit qalıqlarıdır. Bakıda Şəhidlər xiyabanında 13 nəfər tanınmadan dəfn edilib. Ağdam rayonu Sarıcalı kəndi üzrə 3 nəfərin şəxsiyyəti eyniləşdirilib. Gəncə şəhəri Şəhidlər xiyabanında olan naməlum məzarlarda basdırılmış 22 nəfərin şəxsiyyəti müəyyənləşib. Tərtər rayon Şəhidlər xiyabanında 13 nəfərin şəxsiyyəti eyniləşdirilib”. 

Eldar Səmədov əlavə edib ki, Xocavənd rayonunun Edilli kəndində aşkar olunan kütləvi məzarlıqdan çıxan meyit qalıqlarından 4 nəfərin, Şuşa rayonu Daşaltı kəndi üzrə 2 nəfərin şəxsiyyəti müəyyənləşdirilib.

Afaq Mirayiq,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR