İnsanlara hürriyət, millətlərə istiqlal!

Crocus hücumu: terrorçu ermənicə söyürmüş - VİDEO

2832 23.03.2024 23:12 Gündəm A A

"Dojd" Yutub kanalında canlı yayım zamanı aparıcı Anna Monqayt "Krokus" konsert zalının əməkdaşlarından biri olan Emin adlı azərbaycanlı gənclə əlaqə saxlamağa nail olub. Həmin şəxs "Krokus"a hücum edən terrorçuların ermənicə danışdıqlarını aydın eşitdiyini bildirib.

Musavat.com axar.az-a istinadla xəbər verir ki, bu barədə Omvesti.ru portalı məlumat yayıb.

Verilişə danışan Emin deyib ki, o, "Krokus"da Ağalarovlar ailəsinin biznesində işləyən hər kəs kimi azərbaycanlıdır:

"Ermənistanla Azərbaycan arasında münasibətlərdən dolayı Rusiyada çoxlu erməni söyüşlərini eşitmişəm və bilirəm. Hücum başlayanda yaraqlıların çığırtıları arasında ermənicə müxtəlif söyüşlər də olub. Onlar "mamax kunem", "Vorot kunem" və s. sözlərlə söyürdülər".

Aparıcı isə dərhal bu informasiyanı təsdiq edə bilməyəcəklərini vurğulayır.

"Həmçinin azərbaycanlı gənc Qarabağla bağlı terrorçuların qışqırığını eşitdiyini iddia edib. Monqayt onu da bildirib ki, Qarabağla bağlı məlumat hələlik təsdiqini tapmayıb.

İndiyə qədər Emin terror aktında erməni izinin olduğunu iddia edən yeganə şahiddir", - saytda bildirilib.

Qeyd edək ki, "Krokus Siti Holl"da ötən gün terror aktı törədilib və 150 nəfər ölüb, 100-dən çox insan yaralanıb.

Terrorçuların ermənilərlə bağlılığına aid ilk dəqiqələrdən ehtimallar irəli sürülməkdədir. Terrorun ermənilər tərəfindən təşkil edildiyi ehtimalını tarixçi alim Zaur Əliyev və rusiyalı jurnalist Oleq Kaşin də səsləndiriblər.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR