İnsanlara hürriyət, millətlərə istiqlal!

"Crocus Group" Rusiyada tikinti fəaliyyətini davam etdirəcək – Araz Ağalarov

931 24.03.2024 18:54 Gündəm A A

“Krokus Siti Holl”un binasının yenidən qurulmasının formatı və miqyası ilə bağlı məsələ terror aktı nəticəsində dağıntıların və dəymiş ziyanın həcminin təhlilindən sonra müəyyənn ediləcək.

Musavat.com xəbər verir ki, bu barədə TASS-a müsahibəsində “Crocus Group”un prezidenti Araz Ağalarov məlumat açıqlayıb: "Zərərin miqyasını və yenidənqurma imkanlarını qiymətləndirmək üçün vaxt lazımdır. Binanın dəhşətli yanğından sağ çıxmış hissələri var. Ekspertlər qrupu müxtəlif ssenariləri təhlil etməlidir".

Şirkət rəhbəri əlavə edib ki, bərpa işləri iş yerlərinin qorunub saxlanılması vəzifəsi nəzərə alınmaqla aparılacaq: “İstənilən halda biz “Krokus Siti”nin ərazisində bütün zədələnmiş infrastruktur obyektlərini bərpa edəcəyik və şirkətin əməkdaşları üçün minlərlə iş yeri saxlayacağıq”.

A.Ağalarov həmçinin qeyd edib ki, Crocus Group şirkəti Rusiyada bina və tikililərin tikintisində fəaliyyətini davam etdirmək niyyətindədir: "Terrorçuların məqsədi məhv etməkdir. Bizim missiyamız yaratmaqdır. Terror aktı qurbanlarını xatırlayaraq işimizi davam etdirəcəyik. Biz bu dəhşətli faciənin nəticələrinin öhdəsindən gələcəyik, insanların və ölkəmizin rifahına xidmət edən obyektlər yaratmağa davam edəcəyik".

Ağalarov xatırladıb ki, “Crocus Group” indiyədək Rusiyada yüzlərlə obyekt, o cümlədən nəhəng və texnoloji cəhətdən mürəkkəb obyektlər – universitetlər, stadionlar, sərgi pavilyonları tikib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR