İnsanlara hürriyət, millətlərə istiqlal!

Co Bayden "TikTok"a 9 ay vaxt verdi: "Ya sat, ya da..."

772 24.04.2024 23:33 Dünya A A

ABŞ Prezidenti Co Bayden "TikTok" sosial şəbəkəsinin ölkədə qadağan edilməsi haqqında müddəanı təsdiqləyib.

Musavat.com xəbər verir ki, bu barədə “Reuters“ məlumat yayıb. Məlumatda bildirilir ki, “TikTok” sosial şəbəkəsinin sahibi olan Çinin “ByteDance” şirkəti “TikTok”u 9 ay ərzində satmalıdır. Satılmadığı təqdirdə isə “TikTok” ABŞ-da qadağa ediləcək.

“TikTok” məsələ ilə bağlı rəsmi bəyanat yayaraq qeyd edib ki, onlar məhkəməyə üz tutacaqlar:

“İnanırıq ki, faktlar və qanunlar açıq şəkildə bizim tərəfimizdədir və biz son nəticədə qalib gələcəyik”, - deyə “TikTok”un bəyanatında qeyd edilib.

Qeyd edək ki, ABŞ siyasətçiləri narahatdırlar ki, “TikTok”istifadəçi məlumatlarını Çin hökuməti ilə paylaşa bilər. Şirkət isə bunu etməyəcəyinə dair dəfələrlə ABŞ hökumətinə zəmanətlər verib.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR