İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan polisindən ŞOK ƏMƏLİYYAT: saxlanılanlar var - VİDEO

2573 23.03.2024 14:52 Kriminal A A

Yasamalda polisin keçirdiyi əməliyyatlar zamanı 10 kiloqram narkotik vasitə aşkar edilib.

Musavat.com xəbər verir ki, Yasamal Rayon Polis İdarəsinin (RPİ) Narkotiklərlə Mübarizə Bölməsinin (NMB) əməkdaşları tərəfindən son 30 gün ərzində keçirilən tədbirlərlə narkotiklərin qanunsuz dövriyyəsi və satışı ilə bağlı 65 fakt müəyyən edilib.

Qanunsuz dövriyyədən 10 kiloqram, o cümlədən 5 kiloqram heroin, 2 kiloqram tiryək, 2 kiloqram marixuana və 1 kiloqram psixotrop maddə metamfetamin çıxarılıb. Saxlanılanlar narkotikləri sosial şəbəkələrdə tanımadıqları İran vətəndaşlarından onlayn yolla şəxsi istifadələri ilə yanaşı paytaxt ərazisində satmaq məqsədi ilə əldə etdiklərini bildiriblər.

PATİM.jpg (1.25 MB)

Faktlarla bağlı araşdırmalar aparılır. Narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyatlar davam etdirilir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR