İnsanlara hürriyət, millətlərə istiqlal!

Telegram hesabınız ələ keçirilə bilər - XƏBƏRDARLIQ

498 10.04.2024 02:07 Texnologiya A A

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN) yanında Elektron Təhlükəsizlik Xidməti (ETX) teleqram hesablarının təhlükəsizliyi ilə bağlı xəbərdarlıq edib.

Bu barədə Day.Az-a Elektron Təhlükəsizlik Xidmətindən bildirilib.

"Hazırda vətəndaşların teleqram hesablarının ələ keçirilməsi halı müşahidə olunur. Məsələ ilə bağlı ETX tərəfindən müvafiq araşdırmalar aparılır. Vətəndaşlara teleqram hesablarının təhlükəsizliyi üçün ikimərhələli təsdiqləməni aktivləşdirmək tövsiyə olunur", - deyə məlumatda qeyd olunub.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR