İnsanlara hürriyət, millətlərə istiqlal!

Səudiyyə Kralı xəstəxanaya YERLƏŞDİRİLDİ

613 24.04.2024 15:20 Hadisə A A

Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səud rutin sağlamlıq yoxlamaları üçün xəstəxanaya yerləşdirilib.

Musavat.com xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının rəsmi “Saudi Press” (SPA) agentliyi məlumat yayıb.

Qeyd olunub ki, Kral Salman Ciddədəki Kral Faysal Xəstəxanasında rutin sağlamlıq müayinəsindən keçəcək.

Vəliəhd şahzadə Məhəmməd bin Salman da "X" sosial media hesabında oxşar məlumatları paylaşaraq Krala cansağlığı arzulayıb.

Xatırladaq ki, 1935-ci ilin dekabrında anadan olan Səudiyyə Ərəbistanı Kralı Salman bin Əbdüləziz 2015-ci ildən ölkəyə nəzarət edir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR