İnsanlara hürriyət, millətlərə istiqlal!

Redmi ucuz smartfonlar seriyasını təqdim edəcək

1049 01.04.2024 23:53 Texnologiya A A

“Xiaomi” brendlərindən biri olan “Redmi”nin prezidenti Tomas Van “Turbo” adlı yeni - ucuz, lakin güclü smartfonlar seriyasını təqdim etmək niyyətində olduğunu açıqlayıb.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, onlar K və “Note” seriyaları arasında aralıq mövqe tutacaqlar, “Turbo” ailəsi modellərinin əsas xüsusiyyəti isə qiymət seqmenti üçün gözlənilməz performans olacaq.

İlk model “Redmi Turbo 3” adlanacaq.

Yeni model haqqında təfərrüatlar azdır. Dəqiq bilinən odur ki, smartfon “Snapdragon 8s Gen 3” prosessoru ilə təchiz olunacaq. Bu çip flaqman “Snapdragon 8 Gen 3” prosessorunun “kiçildilmiş” versiyasıdır.

Smartfonun artıq bu ay Çində “debüt edəcəyi” gözlənilir. Daha sonra o, qlobal bazara çıxarılacaq.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR