İnsanlara hürriyət, millətlərə istiqlal!

Radikal ermənilərə cavab: “Bu gün yandırdıqları bayraq sabah başlarının üstündə dalğalana bilər”

531 24.04.2024 16:29 Siyasət A A

Sosial Tədqiqatlar Mərkəzinin (STM) Daxili siyasətin təhlili departamentinin sektor müdiri, politoloq İlyas Hüseynov İrəvanda Azərbaycan və Türkiyə bayraqlarının yandırılmasını şərh edib.

Musavat.com-a açıqlamasında politoloq bildirib ki, erməni cəmiyyətində qeyri-sağlam təfəkkürə malik insanların olması regional sülh üçün əsas maneə olaraq qalır:

“Azərbaycan və Ermənistan arasında sülh istiqamətində mühüm irəliləyişlər əldə olunsa da, delimitasiya və demarkasiya komissiyasının işində müsbət nəticələr görünsə də, Ermənistan cəmiyyətində radikal daşnak qanadının atdığı addımlar bölgənin sülh, təhlükəsizlik sistemi ilə bağlı gələcəyini təhlükə altına qoyur.

Bayraqlara od vurulması Ermənistan cəmiyyətinin hələ də onlara xas olan xəstəlikdən sağalmadığını göstərir. Qəzəbini bayraqdan çıxaran radikal şəxslər unudurlar ki, bir gün ayılanda başlarının üstündə Azərbaycan bayrağının dalğalandığını görə bilərlər. Bu heç də Ermənistanın ərazi bütövlüyünə iddia anlamını vermir. Bu o deməkdir ki, erməni xəstəliyi nə qədər dərin kök salarsa, onlar üçün o qədər dərin nəticələr verə bilər”.

Ətraflı video-şərhdə:

Nigar HƏSƏNLİ,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR