İnsanlara hürriyət, millətlərə istiqlal!

Ən zərərli tərəvəzin adı açıqlandı

3169 05.05.2024 13:20 Yaşam A A

"Tərəvəzlərin ən zərərlisi kartofdur".

Musavat.com "Unikal"a istinadən xəbər verir ki, bunu rusiyalı qastroenteroloq Daria Utyumova yerli KİV-ə müsahibəsində deyib.

"Onun bütün növləri yüksək glisemik indeksə malikdir. Yəni, kartof yemək qanda qlükoza səviyyəsinin kəskin artmasına gətirib çıxara bilər ki, bu da orqanizmə mənfi təsir göstərir", - mütəxəssis Utyumova bildirib.

Onun sözlərinə görə, bu, mədəaltı vəzi şəkər səviyyəsini azaltmaq üçün əlavə insulin istehsal etməyə təhrik edir, həmçinin yağların yığılması prosesini işə salır. Bu səbəbdən, məsələn, şəkərli diabet və ya piylənmə olan insanlara istehlakını məhdudlaşdırmaq tövsiyə olunur.

"Qeyd etmək lazımdır ki, glisemik indeks fərdi qida əsasında hesablanır və hazırlıqdan asılı olaraq dəyişə bilər", - həkim qeyd edib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR