İnsanlara hürriyət, millətlərə istiqlal!

“Xudafərin” və “Qız Qalası” bəndləri ilə bağlı SON DƏQİQƏ məlumatı

1253 05.05.2024 14:44 Son xəbər A A

“Xudafərin” və “Qız Qalası” bəndləri yaxın vaxtlarda iki ölkə prezidentinin iştirakı ilə açılacaq.

Musavat.com xəbər verir ki, bu barədə İran teleqram kanalları məlumat yayıb.

Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 23 fevral 2020-ci ildə İran İslam Respublikasına rəsmi səfəri zamanı hər iki dövlət başçısının verdiyi tapşırığa müvafiq olaraq, “Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında Araz çayı üzərində “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisinin davam etdirilməsi, istismarı, energetika və su ehtiyatlarından istifadə sahəsində əməkdaşlıq haqqında” Sazişin mətni razılaşdırılıb və imzalanıb.

Sazişdə Azərbaycan Respublikasının və İran İslam Respublikasının suverenliyi və ərazi bütövlüyünə hörmət prinsipləri bəyan edilib, hər iki tərəfin “Xudafərin” və “Qız Qalası” hidroqovşaqları boyu bütün su və enerji ehtiyatlarına bərabər hüquqları vurğulanıb.

“Xudafərin” və “Qız Qalası” bəndləri Xudafərin su elektrik stansiyasına aiddir.

“Xudafərin” və “Qız Qalası” bəndləri və elektrik stansiyalarının inşası, istismarı haqqında müqavilə İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasında 13 fevral 2016-cı il tarixində Tehranda imzalanıb və iki ölkə parlamentləri tərəfindən təsdiqlənib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR