İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyan: Aİ və ABŞ-la iqtisadi əlaqələri inkişaf etdirməyin vaxtıdır

513 05.04.2024 15:41 Gündəm A A

Avropa İttifaqı (Aİ) və ABŞ-la iqtisadi əlaqələri, o cümlədən ticarət və vətəndaşların hərəkət azadlığını inkişaf etdirməyin vaxtıdır.

Bunu Ermənistanın baş naziri Nikol Paşinyan Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen və ABŞ Dövlət katibi Antoni Blinkenlə üçtərəfli görüş başlamazdan əvvəl deyib.

“Biz Ermənistanda özəl sektorun yeni bazarlara çıxa bilməsi üçün rəqabət qabiliyyətini inkişaf etdirmək niyyətindəyik. İnvestisiya mühitini Avropa və ABŞ şirkətləri üçün daha cəlbedici etməyə hazırıq. Malların və xidmətlərin keyfiyyəti üçün infrastrukturun təkmilləşdirilməsi, Qərbin işgüzar dairələri arasında əlaqələrin gücləndirilməsi ilə bağlı yardımlar gözləyirik”, - o bildirib.//Report

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR