İnsanlara hürriyət, millətlərə istiqlal!

Məhkəmə Əvəz Zeynallı ilə bağlı QƏRAR VERDİ

12654 23.04.2024 11:22 Ölkə A A

Bakı Apellyasiya Məhkəməsi Əvəz Zeynallının şikayətini təmin etməyib.

Musavat.com xəbər verir ki, bu barədə “Report”a onun həyat yoldaşı Məlahət Zeynallı məlumat verib.

Xatırladaq ki, Əvəz Zeynallı Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə 9 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, o Cinayət Məcəlləsinin 178.2.1-ci (qabaqcadan əlbir olan şəxslər tərəfindən dələduzluq törətmək), 311.3.2-ci (rüşvət alma təkrar törədildikdə), 311.3.3-cü (rüşvət alma- təkrar və külli miqdarda törədildikdə), 311.3.4-cü (ağırlaşdırıcı hallarda rüşvət alma), 32.4, 312.2-ci (rüşvət verməyə təhrik etmə) və 312-1.1-ci (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə - nüfuz alveri) və digər maddələri ilə ittiham irəli sürülüb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR