İnsanlara hürriyət, millətlərə istiqlal!

Zülfüqar Hüseynzadənin yas mərasiminin keçiriləcəyi yer və tarix AÇIQLANDI

1297 18.06.2023 22:00 Son xəbər A A

Xəbər verdiyimiz kimi, Moderator.az saytının rəhbəri, tanınmış jurnalist Zülfüqar Hüseynzadə bu gün səhər Kəlbəcərdə, doğma Başlıbel kəndində ürəktutmadan vəfat edib. Zülfüqar Hüseynzadə Bərdə rayonu Əliyanlı kənd qəbiristanlığında dəfn olunub.

Moderator.az xəbər verir ki, Zülfüqar Hüseynzadənin yas mərasimi (3,7,40) onun dəfn olunduğu kənddə, Əliyanlıda keçiriləcək. 

3 mərasimi iyun ayının 20-si, 7 mərasimi isə 24-ü keçiriləcək. 40 mərasimi isə 27 iyulda baş tutacaq.

Xatırladaq ki, Z. Hüseynzadənin 52 yaşı vardı. Başlıbel kəndinin digər sakinləri kimi Zülfüqar bəy də erməni vəhşiliyinin əziyyətini çəkib. Başlıbel qətliamında ermənilər onun da yaxınlarını qətlə yetiriblər. Uzun illər o, çətin, ağrılı məcburi köçkün həyatı yaşayıb. 

Allah rəhmət eləsin!

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR