İnsanlara hürriyət, millətlərə istiqlal!

Zod mədəni ilə bağlı SON DƏQİQƏ açıqlaması

2137 10.05.2023 17:23 Region A A

“Zod qızıl yatağı aprelin 15-dən fəaliyyətini dayandırıb”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bunu “GeoProMining” şirkətinin nümayəndəsi Ruzanna Qriqoryan deyib.

Qriqoryanın sözlərinə görə, mədən yaxınlığında mütəmadi atışmalar baş verdiyindən rəhbərlik təhlükəsizlik baxımından işçilərə aprelin 15-dən mayın 15-dək bir aylıq ödənişli məzuniyyət vermək qərarına gəlib.

“Mədənin sonrakı taleyi məcburi dayandırıldıqdan sonra bəlli olacaq və bu barədə ictimaiyyətə məlumat veriləcək”, - şirkətin nümayəndəsi bildirib.

Xatırladaq ki, Ermənistanın Qeqarkunik vilayətinin qubernatoru Karen Sarkisyan aprelin 26-da yerli “Faktinfo” agentliyinə müsahibəsində mədəndə işlərin dayandırılmadığını demişdi.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR