İnsanlara hürriyət, millətlərə istiqlal!

“Zəngəzuru Ukraynaya çevirmək istəyirlər!” - HƏYƏCANLI açıqlama

1575 16.06.2023 13:40 Siyasət A A

“Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin imzalanması prosesi uzandıqca istər sərhədyanı, istərsə də Qarabağda separatçı qüvvələrin mövcudluğu vəziyyəti daha da gərginləşdirir. İlk növbədə 10 noyabr bəyannaməsinin bəndlərinə əməl olunmalıdır. Digər tərəfdən, böyük güclərin maraqları xüsusilə Zəngəzur məsələsində Rusiyanın maraqları ilə toqquşur. Bu məqamları nəzərə alaraq deyə bilərəm ki, sülh müqaviləsinin imzalanması çətin proses olacaq, atəşkəs tez-tez pozulacaq, gərginlik davam edəcək”.

Bu fikirləri Musavat.com-a hərbi ekspert Telman Qasımov deyib.

telman.jpg (34 KB)

Ekspert vurğulayıb ki, Azərbaycan üçün prinsipial məsələlər həllini tapmamış sülh prosesindən danışmaq tezdir: “Ermənistan və Rusiya məsələnin həll yolunun uzanmasında maraqlıdır, çünki bu halda separatçı rejim mühəndis işlərini davam etdirir. Paralel olaraq Qərb qüvvələri Rusiyanı regiondan sıxışdırıb çıxarmağa çalışırlar. Hazırda Zəngəzur müxtəlif qüvvələrin poliqonuna çevrilib. Qarşıdurmalar, atışmalar davam edəcək. Güclü olan üstünlüyü əldə edəcək. Qərb, ABŞ Zəngəzura böyük sərmayə qoyur. Söhbət Arazdəyəndə tikilməsi planlaşdırılan metallurgiya zavodundan gedir. Nəyə görə belə gərgin dövrdə bu zavod tikilir?”

Telman Qasımov hesab edir ki, gərginliyin davam etməsində İranın da marağı var.

Onun sözlərinə görə, İran Zəngəzur dəhlizinin açılmasını istəmir: “İran kommunikasiyaların öz ərazisindən keçməsində maraqlıdır. Bununla həm gəlir əldə etmək, həm də regionda gücə sahib olmaq istəyir. Zəngəzuru Ukraynaya çevirmək istəyirlər. Böyük güclər Ermənistanı öz tərəfinə çəkməyə çalışır, bu da qarşıdurmaya gətirib çıxara bilər. Ermənistan parçalanma ərəfəsindədir”.

Nigar HƏSƏNLİ,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR