İnsanlara hürriyət, millətlərə istiqlal!

Zəngəzur dəhlizi ilə bağlı SON DƏQİQƏ XƏBƏRİ - Yaxın aylarda…

1854 15.03.2025 22:44 Qarabağ xəbərləri A A

Türkiyə hökuməti Zəngəzur dəhlizinin ölkə ərazisindən keçən 224 kilometrlik hissəsində tikinti işlərinə yaxın aylarda başlamağı planlaşdırır.

Musavat.com Anadolu Agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu İstanbul Texniki Universitetində çıxışı zamanı məlumat verib.

Nazirin sözlərinə görə, Azərbaycan da Zəngəzur dəhlizi layihəsi çərçivəsində işləri sürətləndirir.

O, çıxışında Orta dəhlizin əhəmiyyətindən də bəhs edərək bildirib ki, bu marşrutun əsas keçid nöqtəsi Türkiyədir. Nazir əlavə edib ki, Orta dəhlizin inkişafı istiqamətində önəmli layihələr həyata keçirilib və bu prosesin daha da gücləndirilməsi nəzərdə tutulur.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR