İnsanlara hürriyət, millətlərə istiqlal!

Zəlzələ tut ağacını ikiyə böldü - Fotolar

741 19.02.2023 18:08 Hadisə A A

Dokuz Eylül Universiteti (DEU) Zəlzələ Araşdırma və Tətbiq Mərkəzinin rəhbəri, professor Həsən Sözbilir zəlzələ zamanı iki yerə parçalanan tut ağacını və ətrafını araşdırarkən heyrətamiz nəticə hasil olub.

Musavat.com bu barədə Türkiyə mediasına istinadən xəbər verir.

Belə ki, Kahramanmaraşın Pazarcık rayonunda baş verən 7,7 bal gücündə zəlzələdən sonra Tetirlik Məhəlləsi çölündə tut ağacının iki yerə bölündüyü aşkarlanıb. Sözügedən ərazidə yaşayan Hüseyn Balım "Anadolu" agentliyinə bildirib ki, yaşadıqları məhəllədə baş verən zəlzələdə can itkisi olmayıb, ancaq evlərə ziyan dəyib. Balım gövdəsi şaquli olaraq ikiyə bölünən ağacdakı yarığın eninin 1 metrə çatdığını deyib.

Agentliyin müxbirinə danışan Həsən Sözbilir zəlzələnin maqnitudasının 7,7 olmasına baxmayaraq, intensivliyinin 11-ə yüksəldiyini qeyd edib. O bildirib ki, qırılmanın keçdiyi yerlərdə sürüşmə meydana gəlib ki, bu da zəlzələnin daha dağıdıcı gücdə olmasının göstəricisidir.

Musavat.com

WhatsApp Image 2023-02-19 at 17.50.02.jpeg (79 KB)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR