İnsanlara hürriyət, millətlərə istiqlal!

“Zəlzələ peyğəmbəri” daha bir qorxunc proqnoz verdi

2402 23.03.2023 19:52 Gündəm A A

Türkiyədə baş verən dəhşətli zəlzələni 3 gün öncədən anons edən hollandiyalı geoloq Frank Huqerbeets sosial media hesablarından yeni proqnozlarını sıralayıb.

Musavat.com haberler.com-a istinadən xəbər verir ki, "Kosmos həndəsəsi" mövzusuna diqqət çəkən Frank, xəritədə zəlzələ baş verməsi gözlənilən yerləri göstərib.

Martın ilk həftələrində dəhşətli zəlzələlərin gözləndiyini deyən "zəlzələ peyğəmbəri"nin son proqnozları özünü doğrultmayıb.

O, qeyd edib ki yutub kanalında paylaşdığı videoda Türkiyəyə yaxın məsafədə Afrika, Pasxa adası, Hindistan və Aralıq dənizində zəlzələlər olacağını deyib və Ayın hərəkətlərinə işarə edib.

Merkuri, Venera, Yupiter və Ayın "kosmos həndəsəsi" üsulu ilə tək bir xətt halına gəldiyini ifadə edən Huqerbeets, son günlərdə böyük bir zəlzələnin olmadığını, bu səbəbdən önümüzdəki dövrdə bu bölgələrdə şiddətli zəlzələnin gözlənildiyini söyləyib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR