İnsanlara hürriyət, millətlərə istiqlal!

“Zelenskinin vəziyyəti yaxşı deyil... Hərbi üstünlük qazanmasa...” – Natiq Cəfərlidən pessimist proqnoz VİDEO

2678 30.05.2022 22:45 Gündəm A A

“Açığı, Zelenskinin vəziyyəti o qədər də yaxşı deyil”.

Musavat.com xəbər verir ki, bu sözləri bu gün TV Müsavatın “Canlı debat” verilişində ReAL Partiyasının icra katibi Natiq Cəfərli aparıcı Sevinc Telmanqızının suallarını cavablandırarkən bildirib. Onun sözlərinə görə, hazırda müharibə getdiyi üçün ona suallar verilmir: “Cəmiyyət çox sıx birləşib, kömək edir. Nəhayət ki, Ukrayna xalqı yarandı. Putinin ən böyük arzusu bu idi ki, Ukrayna xalqını pərən-pərən salmaq istəyirdi, əslində isə milləti yaratdı. Ukrayna milləti oturuşdu yerində. Zelenskiyə qarşı atəşkəş elan olunacaqsa, Ukrayna ciddi üstünlük əldə etməyəcəksə, ona ünvanlanan suallar da artacaq”.

Aparıcının “Zelenskinin müharibə boyunca səhvləri çoxmu olub” sualına cavabda isə N.Cəfərli bildirib ki, yavaş-yavaş bu etiraz səsləri çıxır. Partiya təmsilçisi bu arqumentini aşağıda izləyəcəyiniz videoda geniş şəkildə izah edib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR