İnsanlara hürriyət, millətlərə istiqlal!

Zelenskidən ŞOK ETİRAF: "Vəziyyət çox ağırdır, Rusiya..."

1325 20.02.2024 16:10 Dünya A A

Ukrayna prezidenti Volodimir Zelenski dünən ölkənin şimalındakı Xarkovun Kupyansk bölgəsində ukraynalı əsgərlərə baş çəkib.

Musavat.com xəbər verir ki, Zelenskinin sözlərinə görə, Rusiya Ukraynaya yardımın gecikməsindən istifadə edir.

“Cəbhə xəttinin müxtəlif yerlərində vəziyyət son dərəcə ağırdır. Onlar (Rusiya - red.) Ukraynaya yardımın gecikməsindən istifadə edirlər. Artilleriya çatışmazlığı var. Cəbhədə hava hücumundan müdafiəyə və silahlarımızın daha uzun məsafəyə malik olmasına ehtiyac var. Biz dəstəyi davam etdirmək və genişləndirmək üçün tərəfdaşlarımızla mümkün qədər çox çalışırıq" - Ukrayna lideri deyib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR