İnsanlara hürriyət, millətlərə istiqlal!

Zelenski Zalujnı ilə bağlı QƏRAR VERDİ – Ukraynada GƏRGİN DURUM – detallar CANLIda

873 01.02.2024 13:38 Siyasət A A

Xəbər verildiyi kimi, Qərb mətbuatının yazdığına görə, Ukrayna Silahlı Qüvvələrinin Baş komandanı Valeri Zalujnı bazar ertəsi, yanvarın 29-da Prezident Ofisinə çağırılıb və vəzifəsindən azad edilməsi barədə məlumatlandırılıb. Ancaq bununla bağlı rəsmi sərəncam hələ də verilməyib.

“CNN” bu məsələ ilə bağlı yeni məlumatlar dərc edib. Xəbərdə iddia olunur ki, Zalujnının istefaya göndərilməsi ilə bağlı Prezidentin sərəncamı həftənin sonuna qədər elan olunacaq.
Qeyd olunur ki, Zalujnı ilə dövlət başçısı Volodimir Zelenski arasında gərginlik xüsusilə generalın noyabrda “The Economist”ə verdiyi müsahibədə Rusiya ilə müharibənin dalana dirənməsinə dair açıqlaması ilə daha da artıb.
Lakin o da qeyd olunmalıdır ki, Prezidentin mətbuat katibi Sergey Nikiforov Baş komandanın vəzifəsindən azad edilməsi ilə bağlı şayiələrin həqiqətə uyğun olmadığını vurğulayıb. Müdafiə Nazirliyi də bunun doğru olmadığını bildirib. Eyni zamanda, Zelenski özü bazar ertəsi gündəlik axşam çıxışında Zalujnı barədə ümumiyyətlə, danışmayıb.

Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 13.30-da aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində jurnalist-ekspert Fuad Abbasovla müzakirə edəcəyik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR