İnsanlara hürriyət, millətlərə istiqlal!

Zelenski xahiş etdi, Ərdoğan Putinlə danışacaq – Elxan Şahinoğlu ilə “Canlı debat”

897 19.08.2022 14:15 Gündəm A A

“Volodimir Zelenskinin bizdən istəyi Zaporojyenin Rusiya minalarından təmizlənməsi və mövcud durumda təhdidin azaldılmasıdır”.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ukraynalı həmkarı Volodimir Zelenski ilə Lvovda keçirdiyi görüşdən danışarkən deyib.

Zelenskinin ondan nə xahiş etməsi haqda sualı cavablandıran Ərdoğan Zaporojyenin təsadüfi məsələ olmadığını söyləyib.

"Mövzu ilə bağlı Rusiya Prezidenti Vladimir Putinlə danışacam. Ona görə də Rusiya dünyadakı sabitlik naminə bu adımı atmalıdır. Zaporojyenin təsadüfi məsələ deyil”.

Ərdoğan, həmçinin həmkarı Zelenskiyə Rusiya lideri Vladimir Putinlə Türkiyədə görüş keçirməyi təklif etdiyini vurğulayıb.

Qeyd edək ki, ötən gün Lvovda Türkiyə və Ukrayna prezidentləri arasında görüş keçirilib.

Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 14.00-də aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində müzakirə edəcəyik. Qonağımız ATLAS Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğludur.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/NewMusavat

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR