İnsanlara hürriyət, millətlərə istiqlal!

“Zelenski təklənir, devriləcək” iddiası

1761 21.03.2023 19:16 Gündəm A A

ABŞ araşdırmaçı jurnalisti və Rusiya mediası niyə eyni cür düşünür?   

“Ukrayna prezidenti Vlodimir Zelenskinin  həm özündən, həm də komandasından narazılıq getdikcə artır. Onun orduda yeni qərarları və Ukrayna Prezidentinin Ofisinin  davranışları belə deməyə əsas verir”. Musavat.com xəbər verir ki, bu barədə “Komsomolskaya Pravda” nəşri yazır.    

Nəşr yazır ki, elə bu günlərdə Ukrayna Silahlı Qüvvələrinin batalyon komandiri Anatoli Kozelin rütbəsi aşağı salınıb. Buna səbəb isə onun “The Washington Post” qəzetinə müsahibəsi olub. Batalyon komandiri  müsahibəsində deyibmiş ki, bir il ərzində demək olar ki, bütün batalyonunu itirib. Kozelin onu da deyibmiş ki, indi onun yanına atəş səsi eşidəndə  qorxub mövqelərini tərk edən çağrışçılar göndərirlər.  Onun bu açıqlamaları Zelenski də daxil ordu rəhbərliyində ciddi etiraz doğurub.  İstefa ərizəsi yazmağa məcbur olan Kozelini də müdafiə edənlər tapılıb ki, bu da Kiyev hakimiyyətini əndişələndirib, “silahlı qiyam” anonsu kimi qəbul edilib.  

Без названия.jpg (10 KB)

İş o yerə çatıb ki, Prezident Ofisi Ukraynanın kanallarına  dövlət məmurlarının açıqlamalarına oxucuların mənfi reaksiyasına görə bütün şərh bölümlərini bağılamağa təkid edib. Nəşr yazır ki, bu vəziyyət də Zelenskiyə münasibətdə getdikcə daha çox qıcıq yaratmağa başlayır. “Zelenskinin tərəfdarları da, sərt tənqidçiləri də, ona nifrət və düşmən münasibəti bəsləyənlər var. Zelenski getdikcə daha çox təcrid olunur.  İqtisadiyyat, maliyyə sistemi dağılıb.  Ukraynada siyasi sistem dağıdılıb, çünki Ali Rada ali qanunverici orqan kimi açıq şəkildə fəaliyyət göstərmir. Elita hakimiyyəti qəsb edib, “Xalqın xidmətçiləri” adlananlar hakimiyyət xalqın əlindən alınıb. Məhkəmə orqanı və Konstitusiya Məhkəməsi demək olar ki, fəaliyyətsizdir.  Bəzi ekspertlər iddia edir ki, bu vəziyyət Ukraynanın daxilində vətəndaş müharibəsini tətikləyə bilər, çünki  ölkə idarəolunmaz hala gəlir. Baxmut süqut etsə, Kiyev hakimiyyətinə daha bir sarsıdıcı zərbə dəymiş olacaq. Bir sıra ukraynalı mütəxəssislərin fikrincə, bu məğlubiyyət  Zelenski halkimiyyətini heç təsəvvür etmədiyi qədər laxlada bilər” deyə,nəşr qeyd edir.

31723-1669785048.jpg (34 KB)

Qeyd edək ki, bir neçə gün əvvəl “GlobalResearch” portalı  da Vaşinqtondan olan araşdırmaçı jurnalist Jordan Şahtelin Zelenskinin hakimiyyətinə təhlükə yarandığı barədə məqaləsini dərc edib. Şahtelin xatırladır ki, son vaxtlara qədər firavan olan Ukrayna sonu görünməyən hərbi əməliyyatlar nəticəsində xarabalığa çevrilib və ukraynalılar “Zelenskinin tətbiq etdiyi məcburi hərbi xidmətə görə” sağ qalmaq ümidi olmadan ölürlər. Münaqişə uzandıqca isə Zelenski ukraynalılar arasında getdikcə populyarlığını itirir.  

Məqalədə qeyd olunur ki, hətta “məmurlar arasında böyük təmizləmə” də  Zelenskinin mövqeyini gücləndirməyib. 

Orxan ƏLİYEV, 
Musavat.com   

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR