İnsanlara hürriyət, millətlərə istiqlal!

Zelenski: “Mart ayında müharibədə dönüş nöqtəsi yarana bilər”

806 02.12.2023 17:48 Dünya A A

Ukraynada davam edən müharibədə mart ayında dönüş nöqtəsi yarana bilər.

Bu barədə Prezident Volodimir Zelenski “Associated Press”ə müsahibəsində deyib.

O, bunu mart ayında Rusiyada keçiriləcək prezident seçkiləri ilə əlaqələndirib.

Qeyd edək ki, Rusiyada növbəti prezident seçkiləri 2024-cü ilin martında keçirilməlidir. Vladimir Putin hələ ki, beşinci müddətə prezident olmaq niyyətini rəsmən açıqlamayıb.

Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb. Ukrayna bu ilin iyununda əks-hücum əməliyyatları keçirir. Rəsmi Kiyevin mövqeyinə görə, Ukraynanın ərazi bütövlüyü tam təmin olunmadan müharibə başa çatmayacaq. Ukrayna Prezidenti Volodimir Zelenski daha əvvəl bildirmişdi ki, Qərb dəstəyi dayandırsa, ölkəsi geri çəkiləcək. V. Zelenski əks-hücum əməliyyatının uğursuz olduğunu etiraf edib.//Report

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR