İnsanlara hürriyət, millətlərə istiqlal!

“Zelenski inanmırdı ki...” - Polkovnik ŞOK DETALLARI açdı

1340 02.02.2024 12:22 Siyasət A A

“Rusiya-Ukrayna müharibəsinin başlamasından 709 gün keçir. Bu müharibə bir daha göstərdi ki, beynəlxalq hüquq işləmir. Ukraynanı aldatdılar. Ukrayna imperiya maraqları güdən Rusiyaya qarşı çıxmalı oldu”.

Musavat.com xəbər verir ki, bunu Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində polkovnik, hərbi ekspert Üzeyir Cəfərov deyib.

uzeyir ceferov.jpg (190 KB)

O bildirib ki, ruslar Ukraynaya daxil olanda bu ölkə çaşqınlıq içində idi: “Volodimir Zelenski inanmırdı ki, müharibə ola bilər. Bu gün Ukraynanın həyatında gərgin anlar yaşanır. Zelenski Zalujnını istefaya göndərmək istəyirdi. Sonradan təkzib olunsa da, Zalujnı köşə yazısı yazaraq onu xarici mediada dərc etdirdi. Müharibə aparan ölkələrdə hər şey saat mexanizmi kimi dəqiq olmalıdır. Hesab edirəm ki, bu gərginlik bu səviyyədə olmamalıdır. Xüsusi çətinliklər var və olacaq”.

Polkovnik qeyd edib ki, Ukrayna bizim üçün önəmli dövlətdir:

“Ölkələrimiz arasında bütün sahələrdə sıx əməkdaşlıq var. Bu səbəbdən Azərbaycanın Ukraynaya humanitar yardım göstərməsi təsadüfi deyil. Ukrayna 44 günlük Vətən müharibəsində yanımızda olan, bizə real dəstək göstərən dövlətlərdən olub.

Rusiyanın dayanmaq fikri yoxdur. Hamı yorulub. Zelenski hisslərinə hakim ola bilmir. Generallar da yorulub. Hər metr uğrunda savaş gedir. Rusiyaya da prezident seçkisinə görə qələbə lazımdır. Rusiyanın insan resursları kifayət qədərdir. Amma ağıl, dərrakə lazımdır. Rusiya istədiyini ala bilməyəcək. Qərb öz maraqlarını güdür. Yorulub əldən salmaq və resursların tükədilməsi taktikası işlədilir. Bu isə sonsuza qədər davam edə bilməz”.

Nigar HƏSƏNLİ,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR