İnsanlara hürriyət, millətlərə istiqlal!

Zaxarovadan ŞOK AÇIQLAMA- Putinə sui-qəsd ABŞ pulları ilə hazırlanır

878 14.07.2024 11:38 Siyasət A A

“Hörmətli ABŞ-da Zelenskiyə silah verilməsinə səs verənlər, bəlkə bu puldan Amerika polisini və ABŞ daxilində asayişi təmin etməli olan digər xidmətləri maliyyələşdirmək üçün istifadə edəsiniz”.

Musavat.com xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova teleqram kanalında yazıb.

Zaxarova qeyd edib ki, dünən “Kiyev rejiminin” rəhbərlərindən biri olan Budanov (Ukrayna Baş Kəşfiyyat İdarəsinin (BKİ) rəisi Kirilo Budanovu nəzərdə tutur- Red.) açıq şəkildə etiraf etdi ki, Ukrayna kəşfiyyatı Rusiya prezidentinə qarşı sui-qəsdlər hazırlayır:

“Beləliklə, bu sui-qəsd cəhdi yenə də Amerikanın pulu ilə hazırlandı. Kütləvi maliyyələşdirmə və nəzarətsiz silah təchizatı ilə Vaşinqton Ukraynada terror strukturu - Kiyev rejimi yaratdı. Bu, həm siyasi xadimlərə, həm də mülki əhaliyə qarşı qətllər, partlayışlar, dağıntılar, terror hücumları maşınıdır.


Amerika Birləşmiş Ştatları siyasi opponentlərə, ölkələrə və insanlara qarşı nifrətin qızışdırılması və terrorizmə sponsorluq siyasətini inventar etməlidir”.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR