İnsanlara hürriyət, millətlərə istiqlal!

Zaxarovadan Davos ittihamı: “Sülhdən danışırlar, həkimləri öldürürlər”

904 25.01.2026 02:05 Dünya A A

Ukrayna Prezidenti Volodimir Zelenskinin Davosda sülhə hazır olduğunu bəyan etdiyi bir vaxtda, Xerson vilayətində sanitariya avtomobilinə hücum edildiyi bildirilir.

Musavat.com xəbər verir ki, bu barədə Rusiyanın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Telegram kanalında paylaşım edib.

Zaxarovanın sözlərinə görə, hücum məqsədli xarakter daşıyıb və nəticədə həyat xilas etməklə məşğul olan tibbi heyət hədəfə alınıb. O, baş verənləri ağır müharibə cinayəti adlandıraraq, məsul şəxslərin mütləq müəyyən ediləcəyini vurğulayıb.

“Əlbəttə, bu cinayətdə iştirak edənlərin hamısı identifikasiya olunacaq və ədalətli cəza qaçılmazdır. Amma insan həyatını xilas edənləri artıq geri qaytarmaq mümkün deyil”, – deyə Zaxarova qeyd edib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR