İnsanlara hürriyət, millətlərə istiqlal!

Zaxarova sərt bəyanat verdi: Ukraynada xarici qüvvələr Rusiya üçün qanuni hədəfdir

882 15.01.2026 18:47 Dünya A A

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Ukraynada yerləşdirilən hər hansı xarici qüvvələrin Rusiya Silahlı Qüvvələri tərəfindən qanuni hədəf olaraq qəbul edildiyini bəyan edib.

Musavat.com xəbər verir ki, Zaxarova xüsusilə Makron, Starmer və Zelenski tərəfindən Ukraynada çoxmillətli qüvvələrin yerləşdirilməsi ilə bağlı verilən açıqlamaları sərt tənqid edib.

Onun sözlərinə görə, bu cür bəyanatlar sülhün təmin edilməsi məqsədilə baş tutan danışıqları ciddi şəkildə pozur.

Zaxarova vurğulayıb ki, çoxmillətli qüvvələr də Rusiya tərəfindən hədəf olaraq görüləcək, çünki Ukraynada xarici qüvvələrin iştirakı münaqişənin daha da qızışmasına səbəb olacaq və regionda təhlükəsizliyi daha da çətinləşdirəcək. Rusiya rəsmisi, Ukraynadakı xarici müdaxilələrin yalnız müharibənin daha da uzanmasına və sülh prosesinin əngəllənməsinə xidmət etdiyini qeyd edib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR